Ukrayna savaşının TALEYİ DƏYİŞƏ BİLƏR: Yay aylarında...

Ukrayna savaşının TALEYİ DƏYİŞƏ BİLƏR: Yay aylarında...

“Ukrayna lideri Volodimir Zelenskinin Britaniyaya son səfəri hava hücumundan müdafiə raketləri və hücum dronları təklifi ilə nəticələnib”.

 

Sfera.az bildirir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Qeyd olunub ki, keçən həftə uzunmənzilli “Fırtına Kölgəsi” raketləri göndərmək qərarı və digər ölkələrdən F16 transferlərini asanlaşdırmaq üçün pilot təlimi və yardım planları ilə birlikdə, bu, Ukrayna üçün daha vacib bir addımdır.

 

Nəşr bildirib ki, Britaniyanın ən son silah təklifləri bu günə qədər ən əhəmiyyətlisidir: “Əgər onlar bu addımlarını genişləndirə bilsələr, Ukrayna nəhayət, layiq olduğu və ehtiyac duyduğu səviyyəli “oyun sahəsi” əldə edəcək. Britaniyanın “Fırtına Kölgəsi” raketləri Ukrayna silahlı qüvvələri üçün vəziyyəti dəyişəcək vasitələrdən biridir”.

 

“Telegraph” həmçinin vurğulayıb ki, bu günə qədər Rusiya əsasən havadan hücuma məruz qalmayan təhlükəsiz arxa cəbhəyə malik idi: “İndi Kiyev daha uzun mənzilli Britaniya raketlərinə malikdir, buna görə də Krım daxil olmaqla, Ukrayna daxilindəki bütün Rusiya avadanlıqları risk altındadır. Əgər Ukrayna silahlardan səmərəli istifadə edə bilsə, yayda əhəmiyyətli uğurların şahidi ola bilərik. Bu, Rusiya qüvvələrinə zərər verəcək, daha uzun mənzilli raketlər və dronlar Ukraynanın müasir hava qüvvələrindəki çatışmazlığı aradan qaldıracaq. Rusiya aviasiyası onsuz da nisbətən zəifdir və Ukraynanın Hərbi Hava Qüvvələrinin potensialının artması onları getdikcə daha da gücləndirəcək. Bu, həm də Kiyevə gözlənilməz uzaq məsafədən zərbələr endirməyə imkan verəcək”.

 

Nəşrin məlumatına görə, sözügedən əlavə yardımlar müharibənin tez bir zamanda bitməsinə işarə etmir: “Rusiya böyük düşmən olaraq qalır. Bu günə qədər Qərbin köməyi bu ölkənin addımlarını və Ukraynanın məğlubiyyətini dayandırmaq üçün edilib. İndi  təklif olunan daha böyük imkanlarla savaş Kiyevin xeyrinə çevrilə bilər. Rusiya qalib gələ bilməyəcəyini nə qədər tez başa düşsə, bu müharibə bir o qədər tez bitər”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR