“Yalnız bu halda Azərbaycanla İran arasında münasibətlər normallaşa bilər” – ŞƏRH

“Yalnız bu halda Azərbaycanla İran arasında münasibətlər normallaşa bilər” – ŞƏRH

“İran-Azərbaycan münasibətləri normallaşmayıb”.

 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

O qeyd edib ki, İranın hakimiyyət strukturları Tehranda Azərbaycan səfirliyinə edilən hücumün araşdırılması barədə Bakıya məlumat verilməlidir, lakin bu, edilməyib:

 

“Digər tərəfdən İranın beynəlxalq münasibətlər üzrə eksperti Əli Biqdeli maraqlı təklif irəli sürüb. O deyib ki, Azərbaycan və İran arasında münasibətlərin normallaşmasında Moskva və Ankara vasitəçilik edə bilərlər. Əli Biqdeli keçmiş diplomatdır, İranın Azərbaycanda və Türkiyədə səfiri olub. O, fars millətçi dairələrinə yaxın ekspertdir. Biqdeli İran-Azərbaycan münasibətlərinin hazırki vəziyyətini belə qiymətləndirib: “Azərbaycan məsələsi yeni mövzu deyil və keçmişə dayanır. Bu bölgə keçmişdə İrana məxsus olub. Azərbaycan Ermənistan üzərində qələbə qazandıqdan sonra bölgədə gücünü artırmağa çalışır. Azərbaycan Türkiyə və İsraillə yaxın münasibətlərinə görə İran üçün ciddi təhlükə hesab edilə bilər. Ən əsası İsrailin regionda təhlükəsizlik və hərbi mövcudluğudur ki, bu da İran üçün təhdid sayılır”. Buna baxmayaraq, Biqdeli Tehranın Bakı ilə münasibətləri uzun müddət gərginlikdə saxlaya bilməyəcəyini vurğulayıb: “İran bilməlidir ki, bu məsələ tezliklə həll olunmalıdır. Gərginlik daha çox zərərə və xəsarətə yol verməməlidir””.

 

Ekspert bildirib ki, Biqdeli Rusiyanın vasitəçi ola biləcəyini desə də, Kremlin İranla Azərbaycan arasındakı münasibətlərin gərginliyində maraqlı olduğunu bildirib: 

 

“Tehran Bakı ilə münasibətlərin normallaşması üçün yollar axtarır. Bu ölkə Biqdelinin vasitəsilə Moskva və ya Ankaranın vasitəçi ola biləcəyinə işarə edib. Lakin buna ehtiyac yoxdur. Tehran Azərbaycana qarşı təxribatlarını durdursun, ölkəmizdə “5-ci kolon” və xəfiyyə şəbəkəsi formalaşdırmaq siyasətindən imtina etsin, səfirliyə hücumun araşdırılmanın hazırki durumu barədə Bakını məlumatlandırsın, bu halda normallaşma prosesi başlaya bilər. Bu addımlar atılmadan başqa dövlətlərin vasitəçiliyi də heç nəyi həll etməyəcək”.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR