Makron İngiltərənin izi ilə - Ukraynaya kömək edəcək

Makron İngiltərənin izi ilə - Ukraynaya kömək edəcək

Fransa Ukrayna ilə bağlı Böyük Britaniyanın siyasətini izləyir.

 

Sfera.az “The Telegraph”a istinadən bildirir ki,  bir neçə gün öncə Birləşmiş Krallıq Ukraynaya bir neçə “Storm Shadow” (“Fırtına kölgəsi”) qanadlı raketlərini verib. Ardınca Fransa da oxşar addım atıb. Belə ki, sözügedən ölkə Ukraynanın əks-hücumuna kömək etmək üçün ona mənzilli raketlər verəcək. 

 

Nəşr xatırladıb ki, Fransa indiyədək Kiyevə “Sezar” özüyeriyən haubitsaları, “Milan” tank əleyhinə raketləri və “Mistral” zenit-raket kompleksləri, eləcə də AMX-10 RC kimi tanınan yüngül zirehli texnikalar göndərib. Lakin o, ABŞ kimi, indiyədək Ukraynaya Rusiya ərazisinə dərin zərbələr endirməyə imkan verəcək daha uzun mənzilli raketlər verməyib.

 

Fransa prezidenti Emmanuel Makron bildirib ki, daha çox zirehli texnika və onların təmiri üzrə təlimlərlə yanaşı, Ukraynaya müqavimət göstərmək və döyüşmək imkanı verən yeni döyüş sursatları, raketlər çatdırılsın. Ölkə başçısı təfərrüatları açıqlamayıb, lakin fikirlərini bu cür ifadə edib: “Bəzən məhdudiyyətlər qoymalı oluruq”. Makron həmçinin Fransanın ukraynalı pilotlara təlim verməyə hazır olduğunu və proqramların dərhal başlaya biləcəyini təsdiqləyib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR