Uşaqlarda bu hallar artıb, zamanında müalicə edilməzsə... - Valideynlərin DİQQƏTİNƏ!

Uşaqlarda bu hallar artıb, zamanında müalicə edilməzsə... - Valideynlərin DİQQƏTİNƏ!

“Uşaqlar arasında skolioz halları artıb”.

 

Sfera.az-ın məlumatına görə, bu barədə Bakı Baş Səhiyyə Mərkəzi məlumat yayıb.

 

Qeyd olunub ki, hər on uşaqdan üçündə qamət əyriliyi və skolioz əlaməti var. 5 nömrəli Uşaq Poliklinikasının həkim-cərrahı Günel Acalovanın sözlərinə görə, uşaqların sürətli boy artımı dövründə valideynlər çox diqqətli olmalı, skolioza aid istənilən şübhə yarandığı zaman həkimə müraciət etməlidirlər:  

 

“Skolioz ən çox sürətli boyatma dövründə və məktəb yaşlı uşaqlarda müşahidə edilir. Bu, qızlarda 11-13, oğlanlarda isə 14-16 yaşı əhatə edir. Skoliozu müayinə etmək üçün həm kliniki, həm də rentgenoloji metodlardan istifadə edilir.  Uşaqlarda skoliozun müalicəsi əsasən, konservativ və bəzən də cərrahi yolla aparılır. Konservativ müalicə zamanı birinci və ikinci dərəcə skolioz olan uşaqlara ağır əşyaları götürmək tövsiyə edilmir, düzgün hərəkət və yataq rejimi təyin olunur. Eyni zamanda bu cür proqressivləşmiş skoliozlarda uşaqlara müalicəvi bədən tərbiyəsi, masaj kursları, üzgüçülük və elektrostimulyasiya ampilpus aparatı təyin edilir.  Üçüncü və dördüncü dərəcəli skoliozlarda isə artıq cərrahi əməliyyatlara ehtiyac yaranır”.

 

Mütəxəssis deyib ki, təxminən 10-14 yaşa qədər xəstənin cərrahi əməliyyata məruz qalması məsələsi dəqiq müəyyənləşməlidir:

 

“17-18 yaş ərzində isə əməliyyat icra edilməlidir. Bu səbəbdən də hər bir valideyn bu mövzuda diqqətli olmalıdır. Zamanında addım atılmalıdır. Uşaqlarda kürək, körpücük sümüklərində assimmetriya, döş qəfəsində deformasiya, oma-qalça nahiyəsində deformasiya müşahidə edilərsə, mütləq həkimə müraciət edilməli, zamanında lazımi tədbirlər görülməlidir. Bütün hallarda onurğa sütununda deformasiyaların yaranmaması üçün zamanında uşaqları düzgün oturmağa, düzgün yeriməyə, xüsusi ilə məktəb yaşlı uşaqlarda partada düzgün oturmaq kimi vərdişlər aşılamaq lazımdır. İlkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət etməklə uşaqlarda skolioz və digər xəstəlikləri vaxtında müəyyənləşdirmək, yaranan problemlərin qarşısını almaq və effektiv müalicəsini həyata keçirmək mümkündür”.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR