Həmin uşaqlar quyuya necə düşüb öldü? - ŞOK DETALLAR

Həmin uşaqlar quyuya necə düşüb öldü? - ŞOK DETALLAR

Ötən gecə Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində iki uşağın ölümü ilə nəticələnən bədbəxt hadisənin detalları məlum olub.

 

Sfera.az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə qəsəbənin Xanlar massivi kimi tanınan ərazisində - küçənin kənarındakı istifadəsiz quyuda baş verib.

 

Belə ki, qonşuluqda yaşayan 2013-cü il təvəllüdlü uşaqlar yolda oynayarkən istifadəsiz qalmış və hazırda çirkab suları ilə dolu olan quyuya düşüblər. Yaxınları onları axtararkən hər iki uşağın quyuda olmasını öyrəniblər. Əvvəlcə uşaqların ailə üzvləri və qonşular öz imkanları ilə onların meyitini quyudan çıxarmağa çalışıblar və bir neçə saat ərzində buna cəhd ediblər.

 

Lakin daha sonra meyitləri çıxarmaq mümkün olmadığından FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinə müraciət edilib.

 

Xilasedicilər bu gün səhər saat 5-dək ərazidə çalışaraq 10 yaşlı iki oğlanın meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...

"Kişi məndən az pul qazanırsa, ona hörmət edə bilmərəm"

"Mən əgər bir kişidən çox pul qazanacağamsa, o kişiyə hörmət edə bilmərəm".   Sfera.azTürkiyə mediasına istinadən xəbər verir ki, bu sözlər...

Özbəkistan Türk dünyasının dəyərli üzvü və Azərbaycanın müttəfiqidir

Yeni dünya düzəninə keçid dövrü olduqca mürəkkəb və təlatümlü proseslərlə müşayiət olunur. Hətta onilliklər boyu formalaşan ənənəvi əməkdaşlıq formatları belə, ...

Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu

Kanadada ani xəbərdarlığa görə hava hərəkəti dayanıb.   Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadada ölkənin iki böyük hava liman...

İtaliyada anomal istilər- Asfalt əridi...

Avropanı təsiri altına alan güclü isti hava dalğası İtaliyada ağır nəticələrə səbəb olub.    Sfera.az xarici mediaya istinadən xəbər verir ki, r...

Ronaldo Jota ilə bu sözlərlə vidalaşdı

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo komanda yoldaşı, "Liverpul"un hücumçusu Dioqo Jotanın ölümü ilə bağlı başsağlığı verib.   ...