Polşalı iş adamı ukraynalı modeli öldürərək, cəsədini parçalamağa cəhd etməkdə şübhəli bilindi

24 yaşlı ukraynalı model Alena Savçenkonun Banqkokda “Key Sathorn-Charoenraj” apart otelinədə meyiti tapılıb. Model otelə polşalı sevgilisi Yan Yerji Laqoda-Filippovla birlikdə gedib. Hadisə yerinə gələn polis meyiti parçalamaq cəhdlərinin olduğunu bildirib.
Xüsusən də modelin üzü qan içində, başı qismən kəsilmiş olub. Zərərçəkənin sol əli də biləyindən kəsilib və həkimlər onun döş hissəsində bıçaq yarası aşkar ediblər.
Bədənin yanında qan içində 60 santimetrlik mişar olub. Ekspertlər qız tapılan zaman təxminən bir sutka ərzində ölü olduğunu bildirib.
Sevgilisi Laqoda-Filippov onun yanında, ümumiyyətlə, oteldə də olmayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları müşahidə kameralarının görüntülərini araşdıran zaman cütlüyün sonuncu dəfə dəhlizlə birlikdə öz otağına gedərkən və gülümsəyərkən aşkar edib. Mayın 15-də isə səhər saatlarında Yerzi baqajını sürüyərək binanı sürətlə tərk edərkən çox əsəbi görünüb. Mühafizəçilər şübhələniblər.
Laqoda-Filippov taksi çağırıb. Yerli sürücü Surachai Sabaibang daha sonra sərnişinin Google Translate proqramından istifadə edərək cəsədin kəsilməsi üçün ondan kömək istəməsi və qəribə davranışı barədə məlumat vermək üçün otelə zəng edib. Taksi sürücüsü zəng etdikdən sonra otel işçiləri cütlüyün 32-ci mərtəbədəki otağına baxış keçirib və orada çarpayının üstündə Savçenkonun parçalanmış cəsədini aşkar ediblər.
Polis Laqoda-Filippovun Kamboca sərhədini keçməyə cəhd etdiyini. bildirib.
Taksi sürücüsü ifadəsində sərnişinin özünü qəribə apardığını deyib:
"Google Translate vasitəsilə mənə kazinoda oynamaq istədiyini bildirən şübhəli sərnişini götürdüm. Oynamaq üçün uyğun yer tapa bilməyəndə o, proqram vasitəsilə məndən 1500 baht müqabilində sevgilisinin cəsədini parçalamaqda kömək istədi ( 44 dollar). Bundan sonra onu Banqkokun Sathorn rayonunda düşürüb, dərhal otelə zəng etdim”.
Qətldə şübhəli bilinən Laqoda-Filippovun Londonda qeydiyyatdan keçmiş reklam biznesi var və qətlə yetirilən model onun reklam kampaniyalarında rol alıb.
Polis Laqoda-Filippovu dindirmək üçün saxlayıb. Onun həbsi barədə artıq Polşa səfirliyinə məlumat verilib.
İstintaq davam edir.
Aynil
Sfera.az