Braziliyada əfsanəvi Pelenin qızıl məqbərəsi açıldı - FOTO

Braziliyada Pelenin məqbərəsi xalqın üzünə açılıb.
Sfera.az bildirir ki, futbol əfsanəsinin məqbərəsi Santosda Ginnesin Rekordlar Kitabına düşən qəbiristanlıqda yerləşir.
Futbolçunun özü də ən böyük zəfərlərinin səhnələrinin həkk olunduğu qızıl məzar daşının altında dəfn olunub. Həmçinin məqbərədə futbolçunun xatirə əşyaları olan zal, girişdə isə onun iki qızıl heykəli var.
Qeyd edək ki, Santos qəbirstanlığı San-Paulu yaxınlığında, dünyanın ən hündür şaquli qəbiristanlığı kimi Ginnesin Rekordlar Kitabına daxil edilmişdir, Ekumenika qəbiristanlığında yerləşir.
Rəsmi olaraq Memorial do Rei (“Kralın xatirəsi”) adlanan məqbərəyə giriş pulsuzdur, getmək istəyənlər qəbiristanlığın saytında qeydiyyatdan keçməli və vaxt sifariş etməlidirlər. Gün ərzində 60 nəfər abidəni ziyarət edə bilər.
Əvvəlcə Peleni 9-cu mərtəbədə dəfn etmək istəyiblər ki, o, Santos klub stadionunun üzərində ucalsın, amma sonda ailə azarkeşlərin rahatlığı üçün ikinci mərtəbəni seçib.
Xatırladaq ki, Pele tarixdə üç dəfə dünya çempionu olan yeganə futbolçudur (1958, 1962, 1970). Braziliya millisinin heyətində 92 matçda 77 qol vurub. Pele 1956-1974-cü illərdə "Santos"da çıxış edib.
Pele 2022-ci il dekabrın 29-da 82 yaşındabağırsaq xərçəngindən yaranan orqan çatışmazlığından vəfat edib.
Yanvarın 3-də dəfn edilən əfsanə ilə vidalaşmağa 230 mindən çox insan gəlib, növbə bir neçə kilometr uzanıb.
Xatırladaq ki, Pelenin ölümündən sonra onun vəsiyyətində təkcə yeddi rəsmi övladını deyil, həm də anası ilə 1980-ci illərdə münasibəti olduğunu iddia edən gənc qadından bəhs etdiyi haqqında da xəbər vermişdik.
Əgər DNT testi əlaqəni təsdiqləsə, o zaman Maria do Socorro Azevedo adlı qadın futbol əfsanəsinin sərvətinin bir hissəsini alacaq.
Aysel
Sfera.az