Azərbaycan əhalisinin sayı açıqlandı
Cəmiyyət
18:00 / 17.05.2023
2786
2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il aprel ayının 1-i vəziyyətinə 10138585 nəfər təşkil edib.
Dövlət Statistika Komitəsindən Sfera.az-a verilən xəbərə görə, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.