Məşhur müğənninin ölüm xəbəri yayıldı, həyat yoldaşı "OD PÜSKÜRDÜ": "Allaha həvalə edirəm”

Sosial mediada türkiyəli sənətçi Orhan Gencebayın öldüyü iddia olunub.
Sfera.az bildirir ki, ardınca müğənni yayılan xəbərləri təkzib edib.
“Hələ vaxtımız çatmayıb, Allah bilir”, - müğənni bildirib.
Sənətçinin həyat yoldaşı Sevim Emre isə deyilənlərə sərt reaksiya verib: “Bütün dostlarımız pərişan oldular. Ayıbdır, milyonlarla insanı incidirlər. Oğlumuz zəng edəndə xəbəri öyrəndik və şoka düşdük. Səhərə qədər telefonumuz dayanmadı, hamı zəng edirdi”.
Gencebayın həyat yoldaşı həmçinin, “Tvitter”in sahibi İlon Maska da səslənib: “Xahiş edirəm, saxta xəbərlər hazırlamaqla ərimi ölü kimi qələmə verənləri tapın. Orhan Gencebay dünya səviyyəli sənətkardır. Onların hamısını məhkəməyə verəcəm, belə bir şey etdiklərinə görə peşman edəcəm. Orhanın yanında olmasaydım, xəbəri görəndə infarkt keçirəcəkdim. Nə belə jurnalistika var, nə də insanlıq...Mən onları Allaha həvalə edirəm”.
Türkan