Biznes üçün əlverişli regionlar hansılardır? - ADLAR

Biznes üçün əlverişli regionlar hansılardır? - ADLAR

Hər bir ölkədə olduğu kimi Azərbaycanda da regionlar, şəhərlər biznes qurmaq, investisiya cəlb etmək imkanları baxımından fərqlənir. Regionların iqtisadi, coğrafi potensialı, təbii ehtiyatlarla zənginliyi, insan məskunlaşması səviyyəsi bu fərqliliyi yaradan başlıca amillərdən sayılır. İş adamları məhz bu keyfiyyətləri nəzərə alaraq biznes üçün ən əlverişli olan regionları, şəhərləri müəyyənləşdirir. 


Sfera.az bildirir ki, hazırda Azərbaycanda biznes üçün ən əlverişli region Abşeron, şəhər isə Bakı sayılır. 


Bununla belə son illərdə Azərbaycanın Bakıdan kənar ərazilərinə, yaşayış məntəqələrinə iri investisiyaların qoyulması müşahidə edilir. Artıq sərmayədarlar da yalnız paytaxtla kifayətlənib böyüməyin mümkün olmadığını anlayırlar. Bunun üçün onlar paytaxtdan kənarda olan biznes üçün ən əlverişli region və şəhərləri axtarırlar. 


Bəs hansı region və şəhər hazırda biznes qurmaq üçün ən əlverişlidir? 


Ekspertlərin dəyərləndirməsinə görə Azərbacanda biznes üçün ən əlverişli region və şəhəri müəyyən edən zaman hər şeydən əvvəl orada infrastrukturun vəziyyətini, alıcılıq qabiliyyətini, ixtisaslı kadrların olmasını və böyük bazarlara yaxınlığını nəzərə almaq lazımdır.  Azərbaycanın ən böyük bazarı Bakı şəhəri və onun ətrafında yerləşən Abşeron rayonu sayılır. Bu mənada Bakıya daha yaxın olan region və şəhərlər biznes üçün əlverişli yerlərdir. Çünki orada istehsal edilən məhsulları bazara çatdırmaq üçün çox xərc çəkmək lazım gəlmir, həmçinin ixtisaslı kadrları Bakı kimi yaxın yerdərdən cəlb etmək mümkündür. Bakıda və ona yaxın yerlərdə xüsusi sənaye və iqtisadi zonalarının yaradılması da bununla izah edilir. 

 

Bakıdan uzaq regionlar arasında isə biznes üçün ən əlverişli yer ekspertlərə görə Gəncə şəhəridir. Şəhərin özünün 3 ali təhsil müəssisəsinin olması, müxtəlif sahələr üzrə ixtisaslı kadrların mövcudluğu, infrastrukturun normal səviyyədə formalaşdırılması Gəncəni biznes üçün cəlbedici edir. 

 

Gəncədən başqa Şamaxı, İsmayıllı, Lənkəran, Qazax və Naxçıvan Muxtar Respublikası da biznes üçün daha əlverişli yerlərdir. Bu rayonların iqtisadi potensialı, müxtəlif bazarlara çıxış imkanları, istehlakçı qrupların xüsusi çəkisinin nisbətən çoxluğu, infrastruktur imkanları onları biznes üçün cəlbedici edir. 

 

Bu mövzuda ümumi yanaşma ilə bərabər xüsusi yanaşma, dəyərləndirmə də vacibdir. Buna görə də biznes üçün əlverişli regionları müəyyənləşdirən zaman təsnifləşdirmənin aparılması vacibdir. Əgər turizm biznesi üçün əlverişli yer müəyyən etmək lazımdırsa, bura dənizkərı ərazilər, Quba, Qusar, Lənkəran, İsmayıllı, Qəbələ kimi rayonları aid etmək olar. Zavod və fabrik qurulması üçün isə ən əlverişli yer Bakıya yaxın ərazilərdir. 


Əgər təbii ehtiyatlara əsaslananan istehsal müəssisələri yaratmaq üçün region seçilərsə, bu baxımdan Abşeron, Şimal-Qərb, Qərb regionu daha əlverişlidir. 
Ticarət və iaşə xidməti biznesi üçün isə Bakı və Abşeronun alternativi yoxdur.  

 

Onu da qeyd edək ki, son illərdə Azərbaycanda infrastruktur sahələrində keyfiyyət dəyişilikləri baş verib. Qaz, su, elektrik təminatında, yolların vəziyyətinin yaxşılaşdırılmasında problemlər əsasən aradan qaldırılıb. Biznes üçün əhəmiyyətli faktor olan infrastrukturun keyfiyyəti məsələsi indi hər hansı bir regionu digərindən fərqləndirmir.

 

Vasif


Mövzu: azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;
 
Qeyd: Məqalə Medianın İnkişafı Agentliyinin maliyə dəstəyi ilə hazırlanıb.

 



 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...