"İran və Azərbaycanla razılaşmaya ümid edirik" - Putindən AÇIQLAMA

“Rusiya İran və Azərbaycanla yükdaşımalarla bağlı razılaşmaya ümid edir”.
Sfera.az bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. O, İran prezidenti İbrahim Rəisi ilə birlikdə videobağlantı vasitəsilə Rəşt-Astara dəmir yolunun tikintisinə dair sazişin imzalanması mərasimində iştirak edib.
“Biz Azərbaycan tərəfinin iştirakı ilə üçtərəfli formatda dəmir yolu infrastrukturunun inkişafı və Şimal-Cənub marşrutu ilə yük daşımalarının inkişafı üzrə əməkdaşlıq haqqında sazişin hazırlanmasının tezliklə başa çatmasını səbirsizliklə gözləyirik”, - Putin bildirib. O qeyd edib ki, bu, üç ölkənin gələcək uğurlu koordinasiyası üçün lazımi hüquqi baza yaradacaq.
Qeyd edək ki, İran Astara-Rəşt dəmir yolunun tikintisi layihəsinə dair sazişi hələ 2005-ci ildə imzalayıb. Tikintinin aktiv mərhələsi yalnız 2018-ci ildə başlayıb.
Türkan