Küçələrdə qalan aktyorla bağlı AÇIQLAMA

Küçələrdə qalan aktyorla bağlı AÇIQLAMA

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Elçin Əfəndinin sosial vəziyyəti günlərdir müzakirə mövzusudur.

 

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı aktyorun özü ilə əlaqə saxlanılıb. O, “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, vəziyyəti həqiqətən də acınacaqlıdır: “Hazırda heç yanda yaşamıram. Məni istənilən yerdə, küçədə görə bilərsiniz. Ailəm də yanımda deyil, Qaxda qalırlar. Əməkhaqqım 830 manatdır. Bu pulla kirayə qalmaq da mümkün deyil. Çünki normal evlərin kirayəsi 350-400 manatdır. 150-250 manata olanlar isə hamısı tör-töküntüdür. 400 manatlıq, 200 manat kommunal ödənişlər edəndən sonra maaşdan 200 manat qalır. Bu pulla ailəmə necə baxım, necə dolanım?”.

 

E. Əfəndi əlavə edib ki, ötən gün teatr rəhbərliyi ilə görüşü olub: “Dedilər ki, yaxın zamanda məsələm həll olunacaq, ailəm yanıma qayıda biləcək. Allah kərimdir”.

 

Məsələ ilə bağlı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına sorğu ünvanlanıb. Teatrın Mətbuat xidmətindən bildirilib ki, dram artisti Elçin Əfəndinin ev məsələsi ilə bağlı mətbuata verdiyi açıqlamadan məlumatlıdırlar: “Aktyor Elçin Əfəndi Akademik Milli Dram Teatrının aktyoru kimi ştat cədvəlinə uyğun olaraq, 1036 manat məbləğində əməkhaqqı alır. Bildirmək istərdik ki, Elçin Əfəndi, eyni zamanda 2022-ci ildən etibarən 500 manat məbləğində Prezident mükafatı alır. Digər teatr xadimlərinin, o cümlədən, Elçin Əfəndinin ev probleminin həlli diqqət mərkəzindədir”.


OXŞAR XƏBƏRLƏR

Qəzzada hakimiyyət kimdə olacaq? - AÇIQLAMA

İsrailin HƏMAS-ı Qəzza zolağından tamamilə çıxarmaq məqsədilə apardığı hərbi əməliyyatlar fonunda bölgənin gələcək idarəçiliyinin kimə və necə veriləcəyi beynəl...

Attestata səhv qiymət yazan direktor cəzalandırıldı

Ağsu rayon Dilman kənd tam orta məktəbinin direktoru cəzalandırılıb.   Sfera.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, buna sə...

Bu tarixdə ilin ən qısa gününü yaşayacağıq

Alimlər Yer kürəsinin fırlanma sürətinin gözlənilmədən artdığını açıqlayıblar. Bu, yaxın həftələrdə tarixin ən qısa gününün yaşanmasına səbəb ola bilər. &nbs...

Baş naziri öldürən, soyqırım iddiası yayan və... - Ləğv olmuş TERROR TƏŞKİLATLARI

Xəbər verdiyimiz kimi, Tam adı Kürdüstan Fəhlə Partiyası olan PKK 2025-ci ilin iyulunda özünü rəsmən buraxaraq, silahı yerə qoyacağını elan edib. &...

Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı ...

Ədliyyə Nazirliyi ilə Milli Aviasiya Akademiyası arasında memorandum imzalandı - FOTOLAR

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayev ədliyyə naziri Fərid Əhmədovla görüşüb.   Sfera.az xəbər verir ki, görüş ...