Masazırda evdən 30 min OĞURLANDI

Cəmiyyət
13:53 / 17.05.2023
3336
Masazır qəsəbəsində evlərdən birində oğurluq olub.
Daxili İşlər Nazirliyindən Sfera.az-a veriilən məlumata görə, mayın 8-nə keçən gecə Abşeron rayonunun Masazır qəsəbəsindəki evlərin birindən 30.000 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İstək Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.