“Zelenskidən tələb edirlər ki, Putinlə danışsın...” - Açıqlama

Dünya
12:28 / 17.05.2023
3731
“Avropa ölkələri Zelenskiyə təzyiq edir”.
Sfera.az bildirir ki, bunu amerikalı araşdırmaçı jurnalist Seymur Herş deyib. Onun sözlərinə görə, Polşanın başçılıq etdiyi bir qrup Avropa İttifaqı ölkələri Ukrayna liderindən Rusiya ilə münaqişəyə son qoyulmasını tələb edir:
“Onlar gizli şəkildə Zelenskini münaqişəni sona çatdırmaq üçün bir yol tapmağa çağırırlar. Hətta bu yol onun istefasından keçsə belə... Bu qrupa Baltikyanı və Şərqi Avropa ölkələri, xüsusilə Macarıstan, Latviya, Litva və Estoniya daxildir”.
Jurnalist vurğulayıb ki, amma Zelenski Moskva ilə danışıqlara lüzum görmür.
Günay Rəsulqızı