"Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşlar..." - ABŞ və Qərb narahatdır

Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpası ABŞ və Qərbdə narahatlıq doğurur. 


Sfera.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel məlumat verib.


“Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşlar həyata keçirilərsə, bu, təkcə ABŞ və digər Qərb ölkələri üçün deyil, həm də ixrac-idxal məhdudiyyətlərinə məruz qalan təyyarələrə xidmət göstərdikləri təqdirdə Gürcüstanda və onun hava limanlarında fəaliyyət göstərə biləcək şirkətlərin artan narahatlığına səbəb olacaq", - Patel deyib.

 

O qeyd edib ki, ABŞ bu vəziyyətə nəzarət edəcək və lazım gələrsə, əlavə tədbirlər görəcək.

 

Əzizə


 


OXŞAR XƏBƏRLƏR