Gənc qadın ikinci dəfə adam BIÇAQLADI - Bakıda qanlı OLAY
Cəmiyyət
10:41 / 17.05.2023
3176
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, mayın 16-na keçən gecə Binəqədi rayonu ərazisində 1992-ci il təvəllüdlü Gülnarə Allahverdiyeva tanışı, 1988-ci il təvəllüdlü Amil Əşrəfovu bıçaqlayıb. Ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən 31 yaşlı qadın saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, G.Allahverdiyeva daha əvvəl də oxşar hadisə törədib və həmin vaxt Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə məsuliyyətə cəlb edilib.