Mətbuat Şurası bu başlıqla xəbər yayanlara ÇAĞIRIŞ ETDİ

Mətbuat Şurası bu başlıqla xəbər yayanlara ÇAĞIRIŞ ETDİ

Ötən gün Biləsuvarın Nərimankənd sakininin toyda qəfil vəfat etməsi ilə bağlı məlumat yayımlanıb. 

 

Bəzi Kütləvi İnformasiya Vasitələri isə mərhumun adının Cavanşir Məmmədov olduğunu bəhanə edərək xəbəri müğənni Cavanşir Məmmədovla əlaqələndiriblər. Belə ki, bəzi saytlar ifaçının fotosunu qoyaraq “Cavanşir Məmmədov toyda öldü” başlığı ilə xəbər yayıblar. Bu yetməyərək müğənninin özündən açıqlama belə alınıb. 

 

Halbuki xəbərin mənbəyi olan “Qafqazinfo”da 61 yaşlı kənd sakininin şadlıq saraylarının birində yaxın qohumunun toy mərasimində çıxış edərkən halının pisləşdiyi, anidən yerə yıxılaraq vəfat etdiyi qeyd olunurdu. 

 

Sözügedən hadisədən sonra Azərbaycan Mətbuat Şurasının Etika Komissiyası bu gün açıqlama yayıb və belə təhrifin peşəkar jurnalistika prinsiplərinə zidd olduğu bildirilib: “Dünən bəzi xəbər saytlarında "Cavanşir Məmmədov toyda çıxış edərkən qəfil öldü" başlığı ilə xəbər yayımlanıb. Oxucular isə ilk baxışdan söhbətin müğənni Cavanşir Məmmədovdan getdiyini düşünüb. Təbii ki, bu da haqlı olaraq müğənni və onun yaxınları tərəfindən narahatlıq və narazılıqla qarşılanıb.

 

Əslində isə xəbərdə söhbət Biləsuvar rayon Nərimankənd kənd sakini, 1962-ci il təvəllüdlü Cavanşir Məmmədov adlı şəxsdən gedir. Mərhuma Allahdan rəhmət diləyirik. 

 

Bunu deməyi vacib hesab edirik ki, belə yanıldıcı və manipulyativ başlıqlarla oxucunu aldatmaq cəhdləri uğursuz manevrdir. Çünki xəbərin sərlövhəsinə aldanan oxucuda həmin başlığı yayan sayta və ümumilikdə mətbuata inamsızlıq yaranır. Təəssüf ki, bu cür hallar peşəkar jurnalistikaya ciddi zərbə vurur.
Yaxşı olar ki, bu cür yanıldıcı başlıqlarla xəbər yayan mətbuat orqanları İP qazanmaq üçün belə ucuz, qeyri-peşəkar yollara əl atmasın və oxucuları daha ciddi xəbərlər, gərəkli araşdırmalar, reportajlarla cəlb etməyə çalışsın”.


OXŞAR XƏBƏRLƏR

Bu tarixdə ilin ən qısa gününü yaşayacağıq

Alimlər Yer kürəsinin fırlanma sürətinin gözlənilmədən artdığını açıqlayıblar. Bu, yaxın həftələrdə tarixin ən qısa gününün yaşanmasına səbəb ola bilər. &nbs...

Baş naziri öldürən, soyqırım iddiası yayan və... - Ləğv olmuş TERROR TƏŞKİLATLARI

Xəbər verdiyimiz kimi, Tam adı Kürdüstan Fəhlə Partiyası olan PKK 2025-ci ilin iyulunda özünü rəsmən buraxaraq, silahı yerə qoyacağını elan edib. &...

Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı ...

Ədliyyə Nazirliyi ilə Milli Aviasiya Akademiyası arasında memorandum imzalandı - FOTOLAR

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayev ədliyyə naziri Fərid Əhmədovla görüşüb.   Sfera.az xəbər verir ki, görüş ...

Bakıda qardaş qardaşı qətlə yetirdi

Bakıda qardaş qardaşı qətlə yetirib.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə iyulun 3-də səhər saatlarında paytaxtın Binəqədi ray...

İlham Əliyevlə Paşinyan Dubayda görüşəcək?

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iyulun sonunda Dubayda görüşü planlaşdırılır.   Sfera.az xəbər ve...