Nasistlərin xəzinəsi ABŞ çimərliklərindən birinə atıldı - FOTO

Nasistlərin xəzinəsi ABŞ çimərliklərindən birinə atıldı - FOTO

Texas ştatının Korpus Kristi yaxınlığındakı Mustanq Adası Dövlət Parkına gələn qonaqlar İkinci Dünya Müharibəsində batmış nasist gəmisindən yük aşkar ediblər.



Uzaqdan baxanda o, qızıl və daş-qaşlarla dolu çoxdan unudulmuş sandığa oxşayır, amma əslində müharibə üçün daha praktik və lazımlı bir şeydir: rezin.



Sfera.az bildirir ki, “SS Rio Grande” adlı nasist blokada gəmisi 1944-cü ildə Braziliya sahillərində iki Amerika gəmisi, bir kreyser və bir esmines tərəfindən aşkarlanıb.



Nasist gəmisinin içərisində qalay, mis və kobalt yükləri ilə birlikdə rezin bağlamalar gizlədilib.



Amerika gəmisi batana qədər “Rio Grande”ni bombalayıb və düşmənin bütün yüklərini okean dibinə göndərib.



Bu yaxınlarda Mustanq adasında tapılan bu 200 funtluq (təxminən 91 kq) rezin rulon ABŞ sahillərində görünən ilk “xəzinə" deyil. Belə tapıntılara vaxtaşırı Texas və Floridada rast gəlinir.



Qeyd edək ki, İkinci Dünya Müharibəsi Milli Muzeyinin məlumatına görə, rezin münaqişədə iştirak edən bütün ölkələr üçün müharibədə həyati əhəmiyyət kəsb edirdi. Hərbi istehsalı saxlamaq üçün kauçuk daim qıt olub.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı ...

Ədliyyə Nazirliyi ilə Milli Aviasiya Akademiyası arasında memorandum imzalandı - FOTOLAR

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayev ədliyyə naziri Fərid Əhmədovla görüşüb.   Sfera.az xəbər verir ki, görüş ...

Bakıda qardaş qardaşı qətlə yetirdi

Bakıda qardaş qardaşı qətlə yetirib.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə iyulun 3-də səhər saatlarında paytaxtın Binəqədi ray...

İlham Əliyevlə Paşinyan Dubayda görüşəcək?

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iyulun sonunda Dubayda görüşü planlaşdırılır.   Sfera.az xəbər ve...

"Azərbaycanla Rusiyanın münasibətlərini bu ölkə pozdu" - İDDİA

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji müttəfiqlik xarakteri daşıy...

“Qaçqınkom”un sabiq sədr müavini öldü

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədr müavini Gəray Fərhadov vəfat edib.   Sfera.az Unikal.az-a istinadən...