Xızıda şəhid xanımının qaynı tərəfindən öldürülməsi ilə bağlı YENİ DETALLAR - VİDEO + FOTOLAR

Xızıda şəhid xanımının qaynı tərəfindən öldürülməsi ilə bağlı YENİ DETALLAR - VİDEO + FOTOLAR

Xızı rayonu, Giləzi qəsəbəsində şəhid xanımı Ləman Qurbanovanın qaynı Taleh Qurbanov tərəfindən boğularaq qətlə yetirilməsi ilə bağlı müxtəlif versiyalar səslənməyə başlayıb. Əvvəlcə qayının hadisəni qısqanclıq zəminində törətdiyi deyilsə də, mərhumun atası Asim Məlikovun mətbuata açıqlaması hadisənin digər səbəblərdən baş verməsi ehtimalını gündəmə gətirib.

 

Sfera.az xəbər verir ki, Asim Məlikov və həyat yoldaşı Yeganə Məlikova Bizim.Media-ya şəhid xanımı olan qızlarının qarşı tərəfin mal-mülk, pul istəyinin qurbanı olduğunu deyiblər.

 

Asim Məlikov hüquq-mühafizə orqanlarından qızının qətlinin çox ciddi şəkildə araşdırılmasını xahiş edib. Mərhumun anası Yeganə Məlikova isə açıqlamasında Saleh şəhid olandan sonra qızının ər evində təzyiqlərə məruz qaldığını bildirib.

 

Onun sözlərinə görə, qızı üçün ailə yaşayış evi tikməyə başayıbmış. Qaynı Taleh hələ bir ay bundan əvvəl qızına həmin evdə çox oturmayacağını bildirib və evlərinə gələrək ona bu evdə yaşamağa imkan verməyəcəyini deyib:

 

"Bəlkə də, Taleh qızımı onda öldürəcəkdi, yaxınlarından kimsə gəlib buna mane olub".

 

Yeganə Məlikova deyir ki, qızını yola vermədiklərinə görə Ləman məcbur olub Siyəzənə, ata evinə gəlmişdi:

 

"Hadisədən bir gün əvvəl qayınatası Möhübbət kişi gəlib, Ləmanı pirə aparmaq adı ilə geri aparıb və səhəri bu faciə baş verib. Qızım ata evinə qayıdanda dövlətin verdiyi 40 minə yaxın pulu da qayınatasına təhvil vermişdi".

 

Hadisənin sırf mal-mülk, pul kartları üstündə baş verdiyini deyən ana iddia edir ki, qətl hadisəsi planlı şəkildə əvvəlcədən hazırlanıb. Onun sözlərinə görə, qızı beş yaşlı övladının əlindən alınmaması üçün ailəyə verdiyi etibarnaməni də ləğv etdirmişdi:

 

"Bu da qayınatasıgilin acığına səbəb oldu və faciə baş verdi".

 

Xoşagəlməz qanlı olayla bağlı şəhid Saleh Qurbanovun anası Esmira Qurbanova ilə danışmaq cəhdləri baş tutmayıb, atası Möhübbət Qurbanov isə hadisəyə qısaca münasibət bildirib:

 

"Ləmanın valideynlərinin dediklərinin heç bir əsası yoxdur. Qoy hadisəni hüquq-mühafizə orqanları  araşdırsınlar".

 

Şəhid atası hadisəyə ən düzgün qiyməti istintaqın verəcəyini deyərək, ailəsi barədə qarşı tərəfin söylədiklərinin həqiqətə uyğun olmadığını deyib.

 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...