Çıxarışsız qalan binalar – Vətəndaş ödəniş edib, ev alsa da...

Çıxarışsız qalan binalar – Vətəndaş ödəniş edib, ev alsa da...

Vətəndaşların üzləşdiyi əsas problemlərdən biri də tikililər üçün "kupça”ların verilməməsidir. Hətta çıxarış məsələsi illər öncə tikilən evlər üçün də problem yaradır. Belə ki, sözügedən sənədi almaq istəyən şəxslər bu prosedurun icrasının çətinliyindən şikayətlənir.

 

Bəs, problemin həlli üçün hansı addımlar atılmalıdır? Mənzillərə çıxarış verilməsi hansı səbəbdən yubadılır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan əmlak məsələri üzrə ekspert Elnur Fərzəliyev binalara çıxarışların verilməməsinə görə həm sahibkarların, həm də alıcıların uduzduğunu deyib:

 

"İllərdir ki, yeni tikilən binalara çıxarışların verilməsi problemli məsələlərdən biri olaraq qalır. Bunun həlli ilə bağlı bir neçə il əvvəl Prezidentin tapşırığı ilə 400 yeni tikilmiş binaya çıxarış verilmişdi. Hətta həmin il bəzi binalar 10 ildir tikilməsinə baxmayaraq, çıxarış ala bilmirdi. Lakin bu gün də çıxarış ala bilməyən binaların sayı çoxdur. Çoxmərtəbəli binalar tikilərkən aidiyyatı orqanlardan lazımı sənədlər alınır, möhürlər vurulur və bundan sonra tikinti prosesi başlanılır. Tikinti yekunlaşdıqdan sonra isə çıxarışın alınması müşkülə çevrilir. Burada isə iki tərəf uduzur. Birinci tərəf həmin binadan mənzil alan vətəndaşlardır, ikinci tərəf isə dövlət büdcəsidir. Yəni binaya çıxarış veriləndə mənzillərin alqı-satqısı zamanı dövlətə vergi ödənilir, mənzil sığortalana bilir, ipoteka predmetinə çevrilib satışa çıxarıla bilir. Bütün bunların olmaması külli miqdarda gəlirdən məhrum olmaqla nəticələnir”.

 

E.Fərzəliyev xarci ölkə vətəndaşlarının Azərbaycanda daşınmaz əmlak sahəsinə sərmayə qoymaq istədiklərini, lakin çıxarış səbəbilə bunun mümkün olmadığını da qeyd edib:

 

"Bir sıra ölkələrdən Azərbaycana gələn əcnəbi sərmayəçilər var ki, daşınmaz əmlak bazarına yatırımlar etmək istəsələr də, çıxarışların olmaması səbəbilə mənzil və s. ala bilmirlər. Bizdə mənzil alan şəxsin bina ilə bağlı məlumat toplaması üçün hansısa baza yoxdur, alıcı bina və mənzillə yox, onun sahibinin hansı keyfiyyətlərə malik olması ilə maraqlanır. Dünyanın heç bir yerində belə bir təcrübəyə rast gəlinmir”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...