Avropa Rusiyadan qaz idxalını AZALTDI - Alternativ mənbə Azərbaycandır

Avropa Rusiyadan qaz idxalını AZALTDI - Alternativ mənbə Azərbaycandır

Sanksiyalarla əlaqədar Rusiyadan Avropaya boru kəmərləri ilə qaz nəqlində azalma davam edir. 


Sfera.az xəbər verir ki, Avropaya təbii qaz ixracı mayın ilk yarısında 11,4 faiz azalıb. 


Mayın birinci yarısında Avropaya orta gündəlik qaz ixracı apreldəki 75,6 milyon kubmetrdən 67 milyon kubmetrə qədər geriləyib. Bu qədər qazın orta hesabla 27,5 milyon kubmetri “Türk axını” boru kəməri ilə satılıb. Bu, yanvar ayından bəri görülən ən aşağı ixrac həcmidir. Yanvarın 1-dən mayın 15-dək Rusiyanın Avropaya qaz ixracı ümumilikdə 9,1 milyard kubmetr təşkil edib.


Qeyd edək ki, Avropa ölkələrinin Rusiyadan qaz idxalını azaltması digər ölkələrin ixrac qazına ehtiyacını artırıb. Avropalılar alternativ mənbələrdən biri kimi Azərbaycana böyük önəm verir. Bu səbəbdən Avropa ölkələri yaxın bir neçə il ərzində Azərbaycandan qaz idxalını illik 10-11 milyard kubmetrdən 20-22 milyard kubmetrə çatdırmaq istəyir. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR