Kadırov oğurlanan atına qovuşdu: ”Baha başa gəldi, amma...”

Kadırov oğurlanan atına qovuşdu: ”Baha başa gəldi, amma...”

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov bu ilin martında oğurlanan atına – Zazaya qovuşub.

 

Sfera.az bildirir ki, bu barədə o, teleqram kanalında yazıb. Kadırov qeyd edib ki,  Çexiyada oğurlanan atını Ukrayna xüsusi xidmət orqanlarından 18 min dollara alıb.

 

“İndi Zaza evə gedir. Onun qaytarılması mənə baha başa gəldi ...18 min dollar!”.

 

O, bildirib ki, atın real dəyəri ilə müqayisədə bunlar “sadə qəpiklər”dir.

 

Bundan əlavə, Kadırov əlavə edib ki, əgər kiməsə Avropadan nə isə qaytarmaq lazımdırsa, Ukrayna xüsusi xidmət orqanları ilə əlaqə saxlamalıdır: “Tez, peşəkar, ucuz, sanksiyalardan yan keçərək”.

 

Qeyd edək ki, Çexiya hakimiyyəti Kadırovun atını sanksiyalar altında olan şəxsin malı kimi həbs edib. Daha sonra atın qaçırıldığı məlum olub. R.Kadırov atın dəyərinin ən azı 10 milyon dollar olduğunu bildirib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR