Ağızdakı tüklərə görə 17 ildir heç nə yeyə bilmir

Ağızdakı tüklərə görə 17 ildir heç nə yeyə bilmir

İranda bir kişi ağzında bir tutam tük olduğunu hiss etdiyi üçün 17 ildir yeməkdən imtina edib.


Qolamrez Ardeşirinin sözlərinə görə, enerjisini itirməmək üçün o, gündə yalnız 3 litr qazlı içkilər qəbul edir.


Sfera.az bildirir ki, Qulamrez Ardeşir 2006-cı ilin iyununda yeməyi dayandırıb. Onun sözlərinə görə, aclıq hiss etmir və ona enerji verən yeganə şey qazlı içkilərdir.



"Bir dənə də olsun fəsad törədən qəza olmayıb. Səbəbini hələ də tapa bilməmişəm. Birdən elə hiss etdim ki, ağzımda tük var, əvvəli ağızda, sonu isə mədədədir. Nə etsəm də bu tükləri çıxarmaq mümkün deyildi. Sanki tüklər boğazımı sıxır və özümü boğduğumu hiss edirdim”-deyə o bildirir.



Qalamrez həkimə getsə də, ağzında tük tapılmayıb, ancaq xəstəliyin diaqnozu da qoyula bilinməyib. Qalamrez psixiatr qəbulunda da olub.



Yeməyi görmək Qolamrezin ürəyi bulanmasına səbəb olduğu üçün ailəsi onun yanında yemək yemir.


Qalamrez çox az, gündə təxminən dörd saat yatır.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR