Cəmi dörd nəfərin yaşadığı “Britaniya Çernobılı” - FOTO

Cəmi dörd nəfərin yaşadığı “Britaniya Çernobılı” - FOTO

Şotlandiyanın Qlazqo şəhərindəki yaşayış massivi bir vaxtlar 1920-ci illərin sənayenin qızıl dövründə gəmiqayırma zavodunun işçilərinin yaşadığı şəhərin məşğul hissəsi olub. O vaxtdan bəri xəyal şəhərinə çevrilən yaşayış kompleksindəki 430 mənzildən yalnız dördündə yaşayış var.


Sfera.az bildirir ki, Marşall Kreyq “Britaniya Çernobılı” adlandırılan yeri tərk etməkdən imtina edən dörd nəfərdən biridir. Adam həyatının son 20 ilini orada yaşayıb və heç vaxt buradan getməyəcəyini deyir.


Marşall Kreyqlə birlikdə, yaşayış massivində olan 4 nəfərin heç biri oranı tərk etmək fikrində deyil.


Yağmaçılar və vandallardan əziyyət çəkən dörd nəfərdən başqa hamı şəhəri tərk edib, mağazalar və kilsə isə bağlıdır. Marşall verdiyi müsahibədə, evində "əlazım olan hər şeyin olduğunu bildirib.


"Bu ərazini tərk etməyi planlaşdırmıram, mənə lazım olan hər şey buradadır. İndi çoxu qalmayıb. Mən blokun sonunda bir nəfərin itini gəzdirdiyini görürəm, vəssalam. Bunlar yaxşı evlərdir, sökülməməlidir... Gözəl mənzərəsi var: qalaya oxşayır, böyük qalın möhkəm divarlar – heç bir səs eşitmirsən”-deyə britaniyalı bildirib.

Adam bu yerin çoxdan sökülməsi planlaşdırılsa da, “Britaniya Çernobılında” yaşamağa qərarlıdır. Yerli şuranın təzyiqi Marşal və onun qonşularını çox narahat etmir. Sakinlər hakimiyyətin tələblərinə məhəl qoymamaqda davam edir.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR