"Ümid edirəm Ərdoğan Qarabağın işğalına son qoyulması üçün əlindən gələni edəcək..."

Seçkilərdə Ərdoğanın liderliyi ilə AKP və Cümhur İttifaqı parlaq qələbə qazandı və bu bizi sevindirir.

 

Sfera.az xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

 

BAXCP sədri qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın demokratik seçki ənənələri olan bir ölkədə 20 illik iqtidardan sonra, həm də Qərbin böyük güclərinin ona qarşı birləşdiyinə baxmayaraq, parlament seçkilərini udması və prezident seçkilərində birinci turda qalib gəlməsi üçün azacıq səsinin çatmaması böyük uğurdur:

 

“Ümid edirəm Ərdoğan ikinci turda qalib gələcək və başlatdıqları işləri sona çatdırmaq və Qarabağın işğalına son qoyulması üçün əlindən gələni edəcək. Qarabağın azadlığı üçün Türkiyənin daha prinsipial mövqe sərgiləməsinə ehtiyac var. Ərdoğan Türkiyəni regionun nüfuzlu dövlətlərindən birinə çevirib. Növbəti beş ildə Türkiyə dünyanın birinci onluğuna daxil olan iqtisadi və hərbi baxımdan güclü, demokratik, hüquqi dövlət olacaq”.


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...