Moldova MBD-dən ÇIXIR - Hökumət qərar QƏBUL ETDİ

Siyasət
17:50 / 15.05.2023
7664
Moldova parlamentinin sədri İqor Qrossu respublikanın Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyasının tərkibindən çıxması proseduruna başlamaq barədə qərar qəbul edib.
Sfera.az xəbər verir ki, o, MDB strukturlarını Moldova üçün “yararsız” adlandırıb.
"Mən Moldova Respublikasının MDB parlamentlərarası assambleyası haqqında sazişdən çıxması prosesinə başlamaq qərarına gəldim", - Qrossu brifinq zamanı jurnalistlərə bildirib.
Rəsminin sözlərinə görə, o, bu qərarı ölkə vətəndaşları, hakim partiyanın nümayəndələri, eləcə də respublika prezidenti Maya Sandu ilə məsləhətləşmələrdən sonra verib.
Əzizə