Bakıda qətlə görə tutulan şəxsin günahsız olduğu üzə çıxdı

Bakıda qətlə görə tutulan şəxsin günahsız olduğu üzə çıxdı

Bakıda mayın 7-də 73 yaşlı kişinin qətlə yetirilməsi barədə yayılan məlumatla bağlı bəzi detallar ortaya çıxıb.

 

Sfera.az xəbər verir ki, APA-nın əldə etdiyi xəbərə görə, mayın 8-də paytaxtın Nizami rayonunda saat 17:30 radələrində 1950-ci il təvəllüdlü Fərman Feyzulla oğlu Hüseynovun küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Hidayət Əliağa oğlu Cəfərov müəyyən olunaraq tutulub.

 

Lakin istintaqın gedişatı zamanı Fərman Hüseynovun qətlə yetirilmədiyi ortaya çıxıb. Məlum olub ki, Fərman Hüseynov və Hidayət Cəfərov arasında mübahisə yaranıb. Bu zaman Fərman Hüseynovun oğlu araya girərək Hidayət Cəfərovu vurub.

 

Baş verən dava zamanı Fərman Hüseynov ölüb.

 

Ekspertizanın rəyinə görə, Fərman Hüseynov dava zamanı xəsarət almayıb və onun ölümünə ürək tutması səbəb olub.

 

Ona görə də hadisə zamanı saxlanılan Hidayət Cəfərov sərbəst buraxılıb.

 

Hidayət Cəfərovun ölən Fərman Hüseynovun oğlu tərəfindən döyülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə cinayət işi açılıb və hazırda araşdırma aparılır.

 

Hidayət Cəfərov iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb.


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...