“Kimin qalib gəlməsindən asılı olmayaraq...” – Kremldən Türkiyə seçkilərinə reaksiya

Rusiya dünən Türkiyədə keçirilən prezident və parlament seçkilərinə münasibət bildirib.
Sfera.az-ın məlumatına görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin sualını cavablandırarkən danışıb.
“Bizi Türkiyə ilə enerji, turizm, ticarət, kənd təsərrüfatı, yol və hava nəqliyyatı, müxtəlif sahələrdə qarşılıqlı faydaya əsaslanan çox geniş əməkdaşlıq bağlayır. Bu, şübhəsiz ki, həm Türkiyə, həm də Rusiya xalqının maraqlarına cavab verir. Ona görə də bu günlərdə Türkiyədən gələn xəbərləri böyük maraq və diqqətlə izləyirik. Türk xalqının seçiminə hörmət edirik və edəcəyik də”, deyə Peskov söyləyib.
Türkiyədə seçkilərin şəffaflığına diqqət çəkən Peskov fikirlərini bu cür davam etdirib: “Kimin qalib gəlməsindən asılı olmayaraq, Rusiyanın Türkiyə ilə yaxın əməkdaşlığı davam edəcək”.
Günay Rəsulqızı