Əbdül Mahmudovun 79 yaşı tamam olur – Sənətkarın ömür yoluna baxış

Əbdül Mahmudovun 79 yaşı tamam olur – Sənətkarın ömür yoluna baxış

Azərbaycanın Xalq artisti, Əməkdar İncəsənət xadimi ssenarist, sevilən aktyor, rejissor Əbdül Mahmudovun 79 yaşı tamam olur.

 

Arayış:

 

Abduləhəd Əlisa oğlu Mahmudov və ya Əbdül Mahmudov 15 may 1944-cü ildə indiki Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Əslən Şamaxıdandır. Ana tərəfi Haşimi krallığından olduğu üçün, nəsilləri həşimxanlılar adlanırmış. Ata tərəfi isə Ərdəbildən olub.

 

Əbdül Mahmudovun ulu babası Hacı Şeyx Mürsəl ağa XVII əsrdə Ərdəbildə Şah İsmayıl Xətainin ulu babası Şeyx Səfiəddin Ərdəbilinin darülfünununda ilahiyyat elmi üzrə təhsil alıb. Sonradan göndərişlə Şamaxı şəhərinə gəlib.

 

Əbdül Mahmudov 1961-ci ildə orta məktəbi bitirib. 1962-1966-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Adil İsgəndərovun kursunda, aktyorluq ixtisası üzrə təhsil alıb. Sonra təyinatla "Azərbaycanfilm" kinostudiyasına gəlib və ikinci rejissor kimi yaradıcılıq fəaliyyətinə başlayıb. 1973-1976-cı illərdə Əbdül Mahmudov Moskvada Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G. Daneliya kimi məşhur sənətkarlardan dərs alıb.

 

O, Moskvada Ali Kinorejissorluq kursunda təhsil almaqla bərabər L.Trauberqin və G.Daneliyanın emalatxanasında  təcrübə qazanıb. Əbdül Mahmudov diplom işi kimi "Qeyri-adi ov" filmini çəkərək əla qiymətlə təhvil verib. 1966-cı ildən isə doğma kinostudiyaya qayıdıb və burada yaradılan "Kino-aktyor" teatrının bədii rəhbəri olaraq fəaliyyətini davam etdirib.

 

Bir sıra Azərbaycan filmlərində yer alan xalq artisti demək olar ki, canlandırdığı bütün obrazları yaddaqalan etməyi bacarıb. Bu mənada onun ilk yaddaqalan obrazı “Yeddi oğul istərəm” filmindəki Qasım olub. XX əsrin inqilab ruhlu gəncini canlandıran Əbdül Mahmudov o dövr üçün həm də qələbə naminə canından keçməyə hazır olan qəhrəman Azərbaycan oğlu obrazı ilə izləyicilərin yaddaşında iz buraxıb. Bundan başqa o, “Şərikli çörək”, “O qızı tapın”, “Axırıncı aşırım”, “Ən vacib müsahibə” “Nəsimi” “Ömrün ilk saatı” kimi bir çox filmdə yer alıb.

 

Əbdül Mahmudov həm də Azərbaycan kino tarixində bir sıra sevilən filmlərin rejissoru kimi də xüsusi yer tutur.  Belə ki, o, “Qeyri-adi ov”, “Firəngiz” “Alıcının sərgüzəşti”, “Əcəmi Naxçıvani”, “Üzü küləyə”, “Qanlı zəmi” kimi onlarla filmin ərsəyə gəlməsinə rəhbərlik edib.

 

Əbdül Mahmudovun Azərbaycanın film tarixindəki əməyi zaman-zaman xüsusi olaraq qiymətləndirilib. O, 1986-cı ildə Azərbaycan SSR Dövlət mükafatına və 1 avqust 2008-ci ildə "Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi" və Azərbaycan Dövlət Mükafatına, Əməkdar İncəsənət xadimi fəxri adına, 2018-ci ildə “Azərbaycan Respublikasının Xalq artisti" adına,  Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının 2019-cu ilin “Milli Kino Mükafatı”na layiq görülüb.

 

“Şeyx” təxəllüsü ilə də tanınan sənətkar 2021-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

 

Xalq artistini doğum günü münasibətilə təbrik edir, bundan sonrakı fəaliyyətində davamlı uğur arzu edirik!

 

İnci


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...