Müharibə Rusiya iqtisadiyyatını VURDU: Vəziyyət pisləşir – RƏQƏMLƏR

Müharibə Rusiya iqtisadiyyatını VURDU: Vəziyyət pisləşir – RƏQƏMLƏR

Avropa Komissiyası (AK) 2023-cü ildə Rusiyada ümumi daxili məhsul (ÜDM) istehsalının 0,9 faiz azalacağını proqnozlaşdırır.

 

Sfera.az “Kommersant”a istinadən xəbər verir ki, bu proqnoz AK-nin Avropa İqtisadi Görünüşünün yaz nəşrində əksini tapıb.

 

AK-nin ekspertləri hesab edir ki, bu il Rusiya iqtisadiyyatı kiçilsə də 2024-cü ildə yenidən böyüyəcək. Gələn il Rusiya iqtisadiyyatının 1,3 faiz böyüyəcəyi güman edilir. 2023-cü ildə rus iqtisadiyyatının kiçilməsinin səbəbi kimi neft və neft məhsullarının tədarükünə qoyulan embarqo göstərilir. Qurumun proqnozuna əsasən, Rusiya Qərbin yanacaq bazarında itirdiklərini digər bazarlar hesabına kompensasiya edə bilməyəcək və bu, istehsalın azalmasına səbəb olacaq. Avropalı ekspertlər Rusiya iqtisadiyyatının sanksiyalara tədricən uyğunlaşacağını, bunun sayəsində növbəti ildə iqtisadi artımın bərpa ediləcəyini vurğulayıblar. AK Rusiyanın hərbi xərclərinin artacağını da proqnoz edir. Qurumun ekspertlərinin apardığı hesablamalar göstərir ki, ilin yekununda Rusiyanın hərbi xərcləri ÜDM-in 3 faizinə çatacaq. Dövlət xərclərinin artması və bu səbəbdən büdcədə kəsirin böyüməsi hökumətin daha çox borclanmasına da səbəb olacaq. Avropalı ekspertlər 2024-cü ilə qədər Rusiyanın dövlət borcunun ÜDM-in 17 faizinə çatacağını gözləyirlər.

 

Vasif


OXŞAR XƏBƏRLƏR