Rusiya “taxıl sazişi”ndən çıxır? - Ukrayna rəsmisindən AÇIQLAMA

Rusiya “taxıl sazişi”ndən çıxır? - Ukrayna rəsmisindən AÇIQLAMA

““Taxıl sazişi” ilə bağlı bu həftə əlavə danışıqlar planlaşdırılmır”.

 

Sfera.az bildirir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyi yanında idxal-ixrac əməliyyatları üzrə xüsusi səfiri Olqa Trofimtseva deyib.

 

O qeyd edib ki, Ukrayna ötən həftə Türkiyədə keçirilən danışıqlarda uzadılması müzakirə edilən sazişin gələcəyi ilə bağlı ziddiyyətli siqnallar alır. Bütövlükdə vəziyyət çox dəyişməyib. Biz taxıl müqaviləsi və onun davam etdirilməsinin mümkünlüyü barədə kifayət qədər ziddiyyətli məlumatlar alırıq. Moskva mayın 18-də Rusiyanın öz taxıl və gübrə ixracına maneələrin aradan qaldırılması üçün tələblər siyahısı yerinə yetirilməsə, sazişdən çıxmaqla hədələyib. Bunlara Rusiya Kənd Təsərrüfatı Bankına qarşı qərb sanksiyalarının ləğvi daxildir”.

 

O.Trofimtseva həmçinin bildirib ki, Rusiyanın “taxıl sazişi”ndən çıxması mümkündür: “Lakin hamı və ilk növbədə Rusiya tərəfi üçün bu, vəziyyətin gərginləşməsi demək olacaq. Onlar gələcək danışıqlar mövqeyini özləri üçün çətinləşdirəcək”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR