"Vaqner" rəhbəri rus ordusuna aid məlumatları Ukraynaya satmaq istəyib? - Peskov AÇIQLADI: "Təəssüf ki..."

Siyasət
14:32 / 15.05.2023
5903
Rusiya “Vaqner” muzdlu qrupunun rəhbəri Yevgeni Priqojinlə bağlı yayılan iddialara reaksiya verib.
Sfera.az bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında danışıb.
O, “Washington Post” qəzetinin “Yanvar ayında Proqojin Ukraynanın Baxmut bölgəsindən qoşunlarını çıxarması müqabilində Rusiya qüvvələrinin mövqelərinin məlumatlarını satmağı təklif edib. Sözügedən təklif Ukrayna Kəşfiyyat Xidmətinə edilib” yazısına reaksiya verib.
“Bu, daha bir yoxlanılmamış xəbər (“qəzet ördəyi) kimi görünür. Təəssüf ki, son illərdə hətta nüfuzlu nəşrlər də çox vaxt bunu rədd etmirlər", - Kremlin sözçüsü jurnalistlərə bildirib.
O, sözügedən yazıya şərh verməkdən imtina edib.
Günay Rəsulqızı