Aleksandr Lukaşenkonun vəziyyəti PİSLƏŞDİ: 5 gündür ki...

Aleksandr Lukaşenkonun vəziyyəti PİSLƏŞDİ: 5 gündür ki...

Məşhur ukraynalı jurnalist, televiziya şərhçisi Dmitri Qordon Belarus Prezidenti Aleksandr Lukaşenkonun zəhərləndiyini açıqlayıb.

 

Sfera.az xəbər verir ki, eyni zamanda Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi rəhbərinin birinci müavini Konstantin Zatulin Belarus prezidentinin səhhətinin pis olduğunu bildirib. Onun sözlərinə görə, burada söhbət COVID-19-a yoluxmaqdan getmir, amma Belarus liderinin istirahətə ehtiyacı var.

 

Əlavə edək ki, Lukaşenko artıq beşinci gündür ki, rəsmi tədbirlərdə iştirak etmir. 

 

Xatırladaq ki, Moskvada 9 May Qələbə Paradından sonra o, tələsik Minskə gedib və o vaxtdan bəri ictimaiyyət arasında görünmür.

 

İnci


OXŞAR XƏBƏRLƏR