Zelenski və Makrondan dünyaya Rusiya ilə bağlı ÇAĞIRIŞ: "Artıq zərurətdir!"

Siyasət
13:45 / 15.05.2023
6291
Ukrayna lideri Volodimir Zelenski və Fransa prezidenti Emmanuel Makron dünyanı Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Sfera.az-ın məlumatına görə, Parisdə keçirilən görüş zamanı onlar bəyan ediblər ki, üçüncü ölkələr vasitəsilə məhdudiyyətlərdən yayınma cəhdlərinə nəzarət edilməlidir. Ölkələrin liderləri hesab edirlər ki, Qərb sanksiyaların effektivliyini təmin etmək üçün tədbirləri gücləndirməlidir.
“Ukrayna və Rusiyanın hərbi əməliyyatları davam etdirmək qabiliyyətini zəiflətmək üçün yeni sanksiyalar vasitəsilə ona qarşı kollektiv təzyiqi artırmaq zərurəti barədə razılığa gəliblər”, – Yelisey Sarayının bəyanatında bildirilib.
Qeyd edək ki, Zelenski bu həftə bir sıra Avropa ölkələrinə səfər edəcək.
Günay Rəsulqızı