Avtomobil ixracında dünya lideri dəyişib: Bu ölkə Yaponiyanı geridə qoydu

Çin ixrac olunan avtomobillərin sayına görə Yaponiyanı geridə qoyaraq ilk sıraya yüksəlib.
Sfera.az xəbər verir ki, Çin Baş Gömrük İdarəsi 2023-cü ilin birinci rübündə ölkənin avtomobil ixracı ilə bağlı məlumat açıqlayıb. Həmin məlumata əsasən, Çinin avtomobil ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 58,1 faiz artaraq 1 milyon 70 min ədədə çatıb.
2022-ci ildə avtomobil ixracına görə birinci yerdə Yaponiya olub. 2023-cü ilin birinci rübündə yaponlar cəmi 954 min ədəd avtomobil ixrac edib.
Çin Avtomobil İstehsalçıları Assosiasiyasının (CAAM) baş mühəndisinin müavini Xu Haidong açıqlamasında bildirib ki, avtomobil ixracının sürətlə artması Çində istehsal olunan avtomobillərin rəqabət qabiliyyətinin yüksəlməsi deməkdir. Xu bildirib ki, artım Çin avtomobil şirkətlərinin məhsul keyfiyyəti, təchizat zəncirinin idarə edilməsi və xidmət baxımından yaxşı çıxış etdiyini göstərir.
Vasif