Priqojin Ukrayna ilə əməkdaşlığa başlayıb? – ŞOK İDDİA

Dünya
12:37 / 15.05.2023
6057
“Vaqner” muzdlu qrupunun rəhbəri Yevgeni Priqojinlə bağlı maraqlı iddia yayılıb.
Sfera.az bildirir ki, “Washington Post” qəzeti Priqojinin Ukraynaya təkliflə müraciət etdiyini yazıb. İddiaya görə, yanvar ayında “Putinin aşbazı” kimi tanınan iş adamı Ukraynanın Baxmut bölgəsindən qoşunlarını çıxarması və bunun müqabilində Rusiya qüvvələrinin mövqelərinin məlumatlarını satmağı təklif edib. Sözügedən təklif Ukrayna Kəşfiyyat Xidmətinə edilib. Xəbərdə Ukraynanın bu təklifi rədd etdiyi barədə məlumatlar yer alıb.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinlə yaxınlığı ilə tanınan Priqojin Baxmut bölgəsindəki “Vaqner” əsgərlərinin lazımi sursatları ala bilməsə, bölgədən çəkiləcəyi ilə hədələmişdi.
Türkan