Seçkilərdən sonra lirədə ucuzlaşma davam edir

Seçkilərdən sonra lirədə ucuzlaşma davam edir

Türkiyədə mayın 14-də keçirilən seçkilərin ilkin nəticələri bəlli olduqdan sonra birjalarda lirənin ucuzlaşması davam edib. 


Sfera.az xəbər verir ki, lirə ilə yanaşı Türkiyənin risk indeksi də yüksəlib. 


Seçkilərin ilkin nəticələrinə birjaların belə reaksiya verməsinin səbəbi Türkiyədə pul-kredit siyasətinin əvvəlki şəkildə davam edəcəyinə dair gözləntidir. Türkiyə Mərkəzi Bankı yüksək inflyasiyaya baxmayaraq, faizləri aşağı səviyyədə saxlayır ki, bu da qiymət sabitliyini təmin etməyə çətinlik yaradır. Ölkədə qiymət sabitliyinin təmin edilməməsi isə lirəyə olan etimadı zəiflədir. Birjalar gözləyir ki, mövcud iqtidar dəyişmədiyindən bu siyasət yürüdüləcək və lirə bir qədər də ucuzlaşacaq. 
Buna görə də seçkilərin ilkin nəticələri açıqlandıqdan sonra lirədə 1 faizə yaxın ucuzlaşma baş verib.Hazırda bir dollar 19,66 lirəyə dəyişdirilir. 


Xatırladaq ki, ilin əvvəlində bir dollar 18,6 lirə idi. Son 4-5 ayda dollar 1 lirə bahalaşıb. 


Vasif


 


OXŞAR XƏBƏRLƏR