52 yaşlı arvadını döyə-döyə öldürdü - Balakəndə dəhşətli QƏTL

52 yaşlı arvadını döyə-döyə öldürdü - Balakəndə dəhşətli QƏTL
Balakəndə əri tərəfindən döyülərək qətlə yetirilən 52 yaşlı qadının ölümünün bəzi təfərrüatları məlum olub. 

 Balakən rayonunun Poçtbinə kəndinin sakinlərinin verdiyi məlumata görə, Kainat Çobanovanın qətlində ittiham olunan Zeynal Çobanov tüfeyli həyat tərzi yaşayıb:

"Hadisəni eşidən kimi onlara getdik, Zeynal Çobanovla danışdıq. Olanları boynuna götürmədi. Hətta o, həmin vaxt həyətindəki kənd camaatına dedi ki, həyat yoldaşı dərman içib ölüb. Amma sonradan eşitdik ki, o, Kainatı yumruq və təpiklə vuraraq öldürüb. O, bu əməlini hüquq-mühafizə orqanlarına etiraf edib. Heç yerdə işləməyib. Tüfeyli həyat sürürdü. Orda-burda küllənən adam idi. Zeynal Kainatı döyəndə uşaqlar da evdə olub. Amma uşaqlar atasından qorxduğundan səsini çıxara bilməyib”.

Sakinlər deyir ki, ailəni K.Çobanova dolandırırmış: "Həyat yoldaşı onun-bunun evində işləyirdi. Aldığı puldan bir təhər dolanırdılar”. 

Qeyd edək ki, Balakəndə 52 yaşlı qadın əri tərəfindən döyülərək qətlə yetirilib. Poçtbinə kənd sakini, 1964-cü il təvəllüdlü, Kainat Çobanovanın üzərində döyülməyə xarakterik xəsarətləri olan meyiti Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir./aznews.az/

OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...