Neft bahalaşdı
İqtisadiyyat
11:07 / 19.10.2016
1428
Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.
Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Layt” markalı neftin bir barrelinin qiyməti 0,35 dollar bahalaşaraq 50,29 dollar, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,16 dollar artaraq 51,68 dollar olub.
"AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,10 dollar bahalaşaraq 52,16 dollar təşkil edib.