Tarixə qara hərflərlə yazılan bəşəriyyətin şahid olduğu ƏN DƏHŞƏTLİ TƏCRÜBƏLƏR

Tarixə qara hərflərlə yazılan bəşəriyyətin şahid olduğu ƏN DƏHŞƏTLİ TƏCRÜBƏLƏR

Tarixdə elm adına bir çox dəhşətli təcrübələr edilmişdir.

 

Sfera.az tarixi yazılar bölməsində bunlardan ən qəribə və dəhşətliləri haqqında sizə məlumat verir. Bu dəfə də belə təcrübələrdən bəzilərini sizin üçün topladıq.
 

1. Nicolae Minovici asılarkən insan bədənində nə baş verdiyini öyrənməklə məşğul olan rumıniyalı alim idi. O, 200-ə yaxın insanın asılması halını və kəndir düyününün növü, çəkisi, insanın cinsi kimi amilləri təhlil etdiyi bir məqalə yazıb.


Minovici insanların bu şəkildə edam edildiyini sadəcə "oxumaq"la kifayətlənmirdi, o, həqiqətən insanın özünü necə hiss etdiyini bilmək istəyirdi, buna görə də bir çox qəribə və təhlükəli təcrübələrə başladı. Əvvəlcə o, büzülməyən kəndirlə bir neçə ilkin sınaqlar keçirib, öyrəşmək üçün bir neçə saniyə ərzində özünü 6 dəfə asıb. Lakin Minovici öz qeydlərində yazdığı kimi: "Ağrı demək olar ki, dözülməz olub”.


2. Psixiatr İsa Məsih olduğuna inanan üç xəstəsini psixiatriya müəssisəsinə yerləşdirərək onları müşahidə etməyə başlayıb.


Üç xəstə arasında iki illik müharibə başlayıb. Onlar hər gün döyüşür, qışqırır, əsl İsa olduqlarını sübut etməyə çalışırdılar. Eksperiment başa çatdıqdan sonra psixiatr öz təcrübəsinin vəhşiliyini anlayıb və ictimaiyyət qarşısında üzr istəyib.
 

“Mənim Allah kimi oynamağa və hər saat onların gündəlik həyatına qarışmağa haqqım yox idi, hətta elm adına belə, onlara daha çox əzab verdim. Bu doğru deyil”.


3. Pensilvaniya Universitetində dermatoloq Dr. Albert M. Kligman 20 il ərzində Filadelfiya həbsxanasında məhbuslardan şampun, dezodorant və daha sonra zehni dəyişdirən dərmanlar, radioaktiv izotoplar və dioksini sınaqdan keçirmək üçün istifadə edib.


 

4. Nyu Yorkdakı Creedmoor Xəstəxanasında çalışan Dr. Lauretta Bender sosial problemləri olan uşaqlara elektroşok terapiyası tətbiq edib.


Elektroşok terapiyası alan uşaqlarda şizofreniya əlamətləri görünməyə başlayanda Benderin işi dayandırılsa da, 100-dən çox uşaq artıq bu işgəncəyə məruz qalaraq, bu dəhşətli təcrübənin qurbanı olmuşdu.


5. Freydin ən məşhur xəstələrindən biri olan Ekşteyn “isteriya”dan əziyyət çəkirdi. Freyd əməliyyatın problemləri həll edəcəyinə inanırdı.
 

Freyd Wilhelm Fliess adlı həkimi çağırdı. O, burnun cinsiyyət orqanına bağlı olduğunu və hər cür cinsi, fiziki və psixi problemlərə səbəb olduğunu düşünürdü. Eksteynin əməliyyatı uğurlu görünsə də, bir neçə həftə sonra Eksteynin burnundan qan axmağa başladı. Məlum olub ki, Fliess Emma Ekşteynin burnuna yarım metrlik cuna qoyub. Freyd isə hadisə ilə bağlı şərh verməyib.


6 İkinci Dünya Müharibəsi zamanı Yaponiyanın etdiyi təcrübələr dəhşətli idi.


Soyuq havada insanları çöldə saxlayırdılar. Donmanın insanlara necə zərər verdiyini təhlil etmək üçün insanların donmuş qollarını sındırırdılar. Yaxud donmuş adamı qaynar suya salırdılar ki, görsünlər. Onlar bu insanların üzərində hər cür kimyəvi silahı sınaqdan keçiriblər.


7. 1900-cü illərin əvvəllərində İvan Petroviç Pavlov beyin zədələnməsinin davranışa təsirini öyrənmək üçün itləri əməliyyat edirdi.


 

O, heyvanların müxtəlif stimullara reaksiyasını ölçməklə onların şüurunun necə işlədiyini öyrənmək istəyirdi.
 

8. 1924-cü ildə Carney Landis universal üz ifadələrinin olub olmadığını anlamağa çalışırdı. Bunlardan birini ölçmək üçün Landis insanlara siçovulların başlarını kəsmələrini söylədi ki, onların reaksiyasını görə bilsin.
 

İnsanlar siçanların başını kəsmək istəməsəydilər, Landis özü bunu edərdi. Müasir tədqiqat etikası belə bir şeyin baş verməsinin qarşısını alacaqdı, lakin 1900-cü illərin əvvəlləri elmi araşdırmalar üçün çox fərqli bir dövr idi.
 

9. Müasir ginekologiyaya verdiyi töhfələrlə tanınan həkim J. Marion Sims vəhşi təcrübələrində qul qadınlardan istifadə edib.
 

Sims qadınlar üzərində apardığı təcrübələrdə anesteziyadan istifadə etməyib. O, əməliyyatlarının o qədər də ağrımadığını da deyib.


10. Sakitləşdirici, ürəkbulanma və qusma əleyhinə dərman kimi 1957-ci ildə Contergan adı ilə bazara çıxarılan dərmanın ağır nəticələri oldu.




Dərmanın müştərisi hamilə qadınlar olub. Həb sınaqdan keçirildiyi üçün reseptsiz və münasib qiymətə satılıb. İl yarımdan sonra məlum olub ki, narkotikdən istifadə edən hamilə qadınların övladlarında problemlər yaranıb. Doğulan bəzi uşaqlarda göz, qulaq və beyin zədələri müşahidə olunub. Bəziləri cinsiyyət üzvü olmadan doğulub. Bu təsirlərə görə dərmanın satışına qadağa qoyulub, lakin müxtəlif qitələrdə dərmanın bazardan çıxması uzun müddət aldı. Bu müddət ərzində Dünyada iki min uşaq öldü və on mindən çox uşaq ciddi inkişaf problemlərindən əziyyət çəkdi.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Xankəndidə illər sonra ilk toy - FOTOLAR

Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçiriləcək.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimli...

“Keşikçidağ"da elmi arxeoloji qazıntılar zamanı xeyli nümunələr aşkarlanıb -FOTO

Cari ilin 25 avqust-05 oktyabr 2024-cü il tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxe...

Yerin müvəqqəti peyki planetimizə yaxınlaşmaqdadır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   N.Tusi adına Şamaxı Astrof...

Mahir Emrelinin komandası məğlub oldu

Azərbaycan yığmasının üzvü Mahir Emrelinin formasını geyindiyi II Bundesliqa klubu "Nürnberq" növbəti matçında məğlub olub.   Sfera.az xəbə...

İran prezidenti sabah Nyu-Yorka səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian yüksək rütbəli nümayəndə heyətinin başçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahına gedəcək. &n...

VII çağırış Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

VII çağırış Milli Məclisin ilk iclasına deputat Ziyad Səmədzadə sədrlik edəcək.   Sfera.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinin ikinc...