Şahbuzda özünə xəsarət yetirən kişi ölüb

Cəmiyyət
17:12 / 13.05.2023
5572
Şahbuz şəhərində ölüm hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. 1961-ci il təvəllüdlü Şahbuz şəhər sakini Seyidov Rüfət Mirhüseyn oğlu yaşadığı evdə özünə xəsarətlər yetirib və ölüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. İlkin məlumatlara görə, R.Seyidovun psixi problemləri olub.
Faktla bağlı araşdırmalar davam edir.