Paşinyan Brüsselə getdi
12:50 / 13.05.2023
4002
Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsselə yola düşüb.
Sfera.az bildirir ki, bu barədə “Sputnik.am” məlumat yayıb. Qeyd olunub ki, Nikol mayın 13-14-də Brüsseldə işgüzar səfərdə olacaq. Məlumata görə, Paşinyan əvvəlcə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşəcək, daha sonra Ermənistanın baş naziri, Avropa Şurasının rəhbəri və Azərbaycan prezidenti İlham Əliyev arasında üçtərəfli görüş planlaşdırılır.
Xatırladaq ki, bundan əvvəl üçtərəfli görüşün mayın 14-də günortadan sonra başlayacağı, ondan əvvəl Mişelin əvvəlcə Paşinyan, daha sonra Əliyevlə görüşəcəyi bildirilirdi.
Günay Rəsulqızı