Paşinyanın “kreslosu” və həyatı TƏHLÜKƏ ALTINDA: “Kritik seçim onu gözləyir”

Paşinyanın “kreslosu” və həyatı TƏHLÜKƏ ALTINDA: “Kritik seçim onu gözləyir”

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışığını vacib addım kimi qiymətləndirib. Onun sözlərinə görə, görüş zamanı tərəflər bir neçə vacib sualları müzakirə etmək, bir-birinin nəzər nöqtəsini görmək imkanı qazanıblar. Patel problemin sülh yolu ilə həllinə inamını ifadə edib. 


Sözügedən çıxışla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Vaşinqton Moskvaya nisbətən sülh müqaviləsində daha maraqlıdır:


“Rusiyadan fərqli olaraq ABŞ-ni düşündürən daha çox iqtisadi məsələlərdir. Ağ Evin Cənubi Qafqazdakı iqtisadi maraqlarının reallaşması üçün regionda təhlükəsizliyin təmin olunması, həmçinin nəqliyyat-kommunikasiya xətlərinin açılması vacibdir. Bu mənada ABŞ-nin danışıqlar istiqamətindəki təşəbbüskarlığı başa düşüləndir. Rusiya isə bütün imkanları ilə ehtimal edilən sülh müqaviləsinə mane olmaq istəyir. Amma Vaşinqton israrlı görünür. V. Patelin söylədikləri məhz bu israrın təzahürü kimi qiymətləndirilməlidir”.


Müsahibimiz bildirib ki, gələcəkdə Ağ Evlə Kreml arasında gərginlik daha da arta bilər və rəsmi Bakı bu böhranı fürsətə çevirməli, öz maraqları naminə istifadə etməlidir:


“Vaşinqtonun İrəvana da təzyiqini artırması və Moskva təhlükəsi ilə onu hədələməsi mümkündür. Yəni ABŞ Ermənistana deyə bilər ki, mənim söylədiklərimi etməyəcəksənsə, mən də səni Rusiyaya qarşı tək qoyacam.  Bu mənada Ermənistanın işi getdikcə çətinləşir. Rəsmi İrəvan 2, hətta 3 stulda oturmağa dava etdikcə baş nazir Nikol Paşinyanın həm hakimiyyəti, həm də həyatı təhlükə altında olacaq. Hökumət başçsısı bunları unutmamalı və reallıqları nəzərə almalıdır”. 


Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...