Vegan ailə qonşusunu hədələyib - İstəkləri yerinə yetirilmədiyi təqdirdə hərəkətə keçməyə hazırlaşır

Vegan ailə qonşusunu hədələyib - İstəkləri yerinə yetirilmədiyi təqdirdə hərəkətə keçməyə hazırlaşır

Avstraliyalı bir ailə qonşusuna vegeterian olduqları və ətin qoxusunun onları pis hiss etdirdiyi üçün yemək bişirərkən pəncərəni bağlamalarını xahiş edən məktub göndərib. Bundan sonra sosial mediada yayılan və viral olan məktubda vegan ailə qonşularından yemək bişirərkən yan pəncərəni bağlamasını xahiş edib.
 

Sfera.az bildirir ki, məşhurlaşan "kədərli" veqan ailəsi içəriyə başqa bir təhdid məktubu da göndərib. Vegeterian ailə istəkləri yerinə yetirilmədiyi təqdirdə hərəkətə keçməyə hazırlaşdığını bildirib.
 

Məktubdan sonra sosial şəbəkədə insanların fikirləri ikiyə bölünüb: bəziləri "ağıllı" xahişi dəstəkləyib, bəziləri isə etiraz olaraq qadını manqal bişirməyə çağırıb. Təəssüf ki, qonşu da ikinci variantı götürüb.
 

“Sara, Ueyn və uşaqlar” imzası olan ilk qeyddə ailə qonşularına üz tutaraq yemək hazırlayarkən ondan yan pəncərəni bağlamağı xahiş ediblər.


"Mənim ailəm vegandır (biz yalnız bitki mənşəli yeməklər yeyirik) və bişirdiyiniz ətin qoxusu bizi xəstə edir, əsəbiləşdirir. Anlayışınıza görə minnətdar olacağıq"- deyə təşviş içində olan qonşular müraciətlərində yazıblar.
 

Lakin sonrakı yazışmalarda ailə fərqli mövqe sərgiləyib. Müəllif ikinci məktubda qonşusunu ailəni ələ salmaqda və açıq-aşkar kobudluqda ittiham edir. O, həmçinin iddia edir ki, onların qonşusu narazılıq yaratmaq üçün əlindən gələni edir.
 

"Narahatlığımı bildirdim ki, ətin qoxusunun ailəmi pis və əsəbi hiss etdirdiyini bildirdim. Sən isə getdin və şənbə gecəsi bir çox insanı dəvət edərək manqal hazırladın. Bunun mənə və ailəmə pis təsir edəcəyini bilirdin"- deyə vegetarian yazıb.
 

Məktub sosial şəbəkələrdə yenidən tirajlanıb və burada yenə də müxtəlif reaksiyalarla qarşılanıb.


 

Nəşr qeyd edir ki, “küsmüş” ailənin üzvləri ilk məktubunun sosial şəbəkələrdə yayıldığını görüb, buna görə yeni mesajının sonuna xahiş əlavə ediblər.
 

"Xahiş edirəm, bir daha barbekü etməyin və yemək hazırlayarkən pəncərəni bağlı saxlayın, əks halda sizi xəbərdar edib sosial şəbəkələrlə əlaqə saxlayacağam"- mesajın müəllifi əlavə edib.


Lakin məktub sosial şəbəkələrdə yenidən tirajlanıb və orada yenə də müxtəlif reaksiyalarla qarşılanıb.
 

"İkisi də yanılır!!! Çox ayıbdır ki, cəmiyyətimiz indi belədir - ortaqlıq yoxdur! Kimdənsə pəncərəni bağlamağı xahiş etmək yerinə, sadəcə öz pəncərənizi bağlayın. Başqasına necə yaşayacağını və ya nə edəcəyini deyə bilməzsiniz. Sən özün üçün dəyişirsən. Əgər qonşun səndən razılaşmadığın bir şeyi istəsə, ona böyüklər kimi hörmətlə yanaş”-deyə istifadəçilər yazıb.


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...