Meqan Markl Analar Gününü uşaqları ilə necə keçirəcək?

Meqan Markl Analar Gününü uşaqları ilə necə keçirəcək?

Analar Günü bir çox ölkələrdə qeyd olunur, lakin Böyük Britaniyada bu gün ilin əvvəlində qeyd olunurdusa, ABŞ-da mayın 13-də qeyd olunacaq. Şahzadə Harrinin ailəsinin pərəstişkarları isə ondan Arçi və Lilibetin yeni fotolarını paylaşmasını gözləyirlər.
 

Sfera.az bildirir ki, Şahzadə Harrinin ailəsi Analar Gününü qonaqsız qeyd edəcək və Kaliforniyanın Montecito şəhərindəki evlərində olacaq. Meqan üçün isə ilin xüsusi vaxtıdır: Arçinin doğum günü mayın 6-da idi və bir ay sonra Lilibetin doğum gününü 4 iyunda qeyd edəcəklər.
 

İlk Analar Günündə Meqan və Harri İnstaqramda körpə Arçinin fotosunu paylaşaraq, onu pərəstişkarlarına Şahzadə Diananın sevimli çiçəkləri fonunda poza verərkən göstəriblər
 

Şəkildə Diana xatırlanaraq: "Bu gün bütün analara - keçmiş, indi, gələcək və itirilmiş, lakin yaddaşımızda əbədi qalan analara sevgi ilə. Hər birinizi hörmət və ehtiramla anırıq"- qeyd olunub.
 

Keçmişdə cütlük yerli xeyriyyə “Harvest Home L.A.”ya ictimai ianə edib. Onlar həmçinin hamilə qadınlara və onların körpələrinə kömək edən qeyri-kommersiya təşkilatına bez, təmizlik məhsullar və digər zəruri əşyalar bağışlayıblar.
 

Bu arada, şənbə günü Şahzadə Harri oğlu Arçinin doğum günü ilə eyni gündə, mayın 6-da atası Kral Çarlzın tacqoyma mərasimində iştirak etmək üçün Böyük Britaniyaya gəlib. Sussex hersoqu mərasimdən dərhal sonra Kaliforniyadakı ailəsinin yanına gedib.
 

Yaxın dostu və fotoqraf Misan Harriman şənlikdə iştirak edərək Arçinib doğum gününü təbrik edib. O, Şahzadə Diananın şəklinə uzanan fotonu yayımlayıb və xoş sözlər yazıb. O, "Sənə ən xoşbəxt ad günü arzulayıram, Arçi" yazıb.
 

Qeyd edək ki, Meqan Markl və Şahzadə Harri nadir hallarda yeni fotolar dərc edirlər.


Xatırladaq ki, Kral Çarlzın tacqoyma mərasimində şahzadə Harri “Dior”dan qeyri-vətənpərvər kostyumda görünmüşdü. Moda mütəxəssisləri onun və həyat yoldaşının bu moda evi ilə əməkdaşlığa başladığını düşünürdülər. Harri kral ailəsinin işləyən üzvü olduğu müddətdə belə müqavilələr bağlaya bilməz, amma indi kral titulu olmadığına görə heç nə ona mane ola bilməz. Belə çıxır ki, “Dior” açıq şəkildə fürsətdən istifadə edəcək.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...