Qonşunun evini 58 min manata “satdı”, həbs edildi

Qonşunun evini 58 min manata “satdı”, həbs edildi

Bakıda qonşusunun evini öz evi kimi təqdim edərək satışa çıxaran şəxsə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə 1978-ci il təvəllüdlü İlqar Hacıyev Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq- xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirləndirilib.

 

Məlum olub ki, İlqar Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən kompleksdə 2-ci mərtəbədəki mənzildə yaşayıb. 2021-ci ildə yuxarı mərtəbədən su sızdığı üçün ev sahibi İlkin mənzilinin açarını İlqara verib və hər hansı problem yaranarsa, dərhal müdaxilə etməsini xahiş edib. Bundan sonra İlqar qonşusuna məxsus evi sataraq pul əldə etmək qərarına gəlib. Bu məqsədlə o, bir neçə nəfərə 60 min manata təmirsiz mənzil satdığını deyib.

 

Bir neçə gün sonra Oqtay adlı şəxs həmin evi oğluna almaq istədiyini bildirib və İlqarla əlaqə saxlayaraq oraya gəlib. Mənzildə olarkən tərəflər 58 min manata razılaşıblar. İlqar evdə bəzi kommunal problemlərin olduğunu, həmçinin çıxarış əldə edilməli olduğunu deyib və Oqtaydan ona etibarnamə verməsini xahiş edib. O, 58 min manatın 20 mininin dərhal, 30 min manatın çıxarış əldə edilərkən, yerdə qalan 8 min manatın isə 8 ay ərzində hər dəfə 1000 manat olmaqla verilməsinə razılaşıb.

 

Tərəflər Nərimanov rayonu ərazisində görüşərək notariusda İlqarın adına etibarnamə veriblər. Həmin vaxt mənzilin saxta sahibinə 20 min manat ödənilib. Lakin daha sonra dələduzluq əməlinin üstü açılıb və Oqtay Məmmədov polisə müraciət edib.

 

Məhkəmədə İlqar Hacıyev törətdiyi əməli etiraf edib. O, əldə etdiyi 20 min manat pula avtomobil ehtiyat hissələri aldığını deyib və imkanı olmadığı üçün vəsaitin 2 min manatını geri qaytardığını bildirib.

 

Zərərçəkən tərəf isə İlqara verdikləri puldan 18 min manatın hələ qaytarılmadığını bildirib və ondan şikayətçi olub.

 

Nərimanov Rayon Məhkəməsinin 10 may tarixli hökmü ilə İlqar Hacıyevə 2 il həbs cəzası verilib.


OXŞAR XƏBƏRLƏR

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - XƏBƏRDARLIQ

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, təşkilatın ek...

"Rəqib məcbur edir ki, daha sürətli oynayaq" -Qurban Qurbanov

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayı...

Növbəti Kennedi qalmqalı: Məşhur jurnalist evli siyasətçi ilə münasibətinə görə işindən uzaqlaşdırılıb

“New York Magazine” jurnalının siyasi müxbiri, 31 yaşlı Oliviya Nuzzi 70 yaşlı siyasətçi kiçik Robert Kennedi ilə münasibəti məlum olduqdan sonra iş...