Zelenski bu açıqlaması ilə Putini çaşdırmaq istəyib? - “The New York Times”

Zelenski bu açıqlaması ilə Putini çaşdırmaq istəyib? - “The New York Times”

“Zelenskinin əks-hücum əməliyyatı ilə bağlı son çıxışı Qərbə hesablanıb”.

 

Sfera.az bildirir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb. Qeyd olunub ki, Ukrayna lideri Qərbi genişmiqyaslı hücumun mümkün uğursuzluğuna hazırlamağa çalışır.

 

Nəşrin yazdığına görə, rəsmi Kiyev qərbli tərəfdaşlarının planlaşdırılan hücum əməliyyatından gözləntilərini azaltmaq istəyir. Bundan əlavə, müəlliflər Ukrayna rəhbərinin ABŞ və digər ölkələrə yeni texnika və sursat əldə etmək üçün təzyiq göstərməyə çalışdığını istisna etməyiblər.

 

“Ukraynalı hərbi və siyasi analitiklərin dediyi kimi, Zelenski ordunun hücum ərəfəsində davam edən çatışmazlıqları barədə haqlı idi”, – nəşr vurğulayıb.

 

Bildirilib ki, Kiyev əks-hücumun təxirə salınması barədə məlumat yaymaqla Moskvanı çaşdırmaq və Ukrayna komandanlığının əsl planlarını gizlətmək niyyətindədir.

 

Xatırladaq ki, ötən gün Zelenski əks-hücum əməliyyatı ilə bağlı danışarkən “Biz irəli gedə və uğur qazana bilərik, amma çox insan itirərdik. Bu, qəbuledilməzdir. Ona görə də gözləmək lazımdır. Hələ bir qədər də vaxta ehtiyacımız var”, deyə söyləmişdi.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...