Dünyanı gözləyən YENİ TƏHLÜKƏ: Putinin qərarı balansı dəyişəcək

Dünyanı gözləyən YENİ TƏHLÜKƏ: Putinin qərarı balansı dəyişəcək

Ümumdünya Ərzaq Proqramının rəhbəri “taxıl sazişi” ilə bağlı xəbərdarlıq edib.

 

Sfera.az bildirir ki, “BBC”yə danışan Sindi Makkeyn mayın 18-də başa çatacaq müqavilənin yenilənməli olduğunu deyib.

 

“Saziş yenilənməsə, dünyanı bir yana qoyaq, bölgəni qida ilə təmin etmək mümkünsüzə çevriləcək. Bildiyiniz kimi, Ukrayna Avropanın taxıl anbarı idi və indi belə deyil. Biz taxılı oradan ala bilməliyik, çünki bu, başqa ölkələrə də təsir edir”.

 

Makkeyn bildirib ki, qurum dünya ölkələrinə paylamaq üçün başqa mənbələrdən taxıl alsa da, artan xərclər səbəbindən keçmişdəki kimi çox insanı qida ilə təmin edə bilmir: “Ukraynalı fermerlər bu il məhsullarını bazara çıxara bilməyəcəklər. Amma bəzi təsərrüfatlar hələ də işləyir. Buna baxmayaraq, unutmaq olmaz ki, hazırda istehsal sahələrinin böyük hissəsi minalanır”.

 

Rusiyanın sövdələşməni uzatmağa hazır olub-olmayacağı ilə bağlı suala o, belə cavab verib: “Xeyr, mən çox optimist deyiləm. İndiyə qədər eşitdiklərimə əsasən, faiz nisbətinin yarıbayarı olduğunu deyə bilərəm. Bu isə məni çox narahat edir və başqalarını da narahat etməlidir”.

 

Xatırladaq ki, “taxıl sazişi” ötən ilin iyulunda Türkiyə və BMT-nin vasitəçiliyi ilə imzalanıb. Müqavilə ilə Ukrayna Rusiya hərbi gəmiləri tərəfindən bağlanan Qara dənizdəki limanlarından ərzaq məhsulları göndərə bildi və bu, qlobal ərzaq böhranının öhdəsindən gəlməyə kömək etdi.

 

Qeyd edək ki, Ukrayna günəbaxan, qarğıdalı, buğda və arpa kimi taxılların əsas ixracatçısıdır.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

"ABŞ görüş təklifi etməyib" - Bəqayi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi ABŞ Prezidenti Donald Trampın Tehranın amerikalı müzakirəçilərlə görüş tələb etməsi barədə iddialarını təkz...

DTX məlumat yaydı - "Bu görüntüləriniz oğurlanırmış..."

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kibertəhdidlərə qarşı mübarizə istiqamətində kompleks tədbirlər davam etdirilir.   Sfera.az xəbər veri...

Milli Məclisin növbədənkənar iclasının vaxtı açıqlandı

Milli Məclisin növbədənkənar sessisiyası üzrə növbəti iclasının vaxtı açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat...

MİQ-də qiymətləndirmə bu meyarlarla aparılır

“Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər”. ...

"Namizədlər arasında gənclər çoxdur"- MÜTDA rəsmisi

“Üç gündür davam edən imtahan prosesi sabah və növbəti gün də keçiriləcək. 70 minə yaxın müraciətin daxil olması müəllimlik peşəsinə marağın artmasından x...

Bakının bəzi ərazilərində su kəsiləcək - Magistral Kəmər Yenilənir

Bakıda magistral su kəməri yenilənir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin ...