“Saakaşvilini ölüm ayağında tərk edənlər...” – Zahid Orucdan AÇIQLAMA

“Saakaşvilini ölüm ayağında tərk edənlər...” – Zahid Orucdan AÇIQLAMA

"Üç ildir, uzanan sülh müqaviləsi bu il də imzalanmasa, sərhədlər açılmasa, Paşinyan Sarkisyanlaşacaq, Koçaryanlaşacaq".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib. Millət vəkili bəzi qüvvələrin Azərbaycanı haqsız yerə günahlandırdıqlarını bildirib:

 

"Xankəndi erməniləri ilə birgə yaşayışdan danışan kimi, bizi hüquq və azadlıqları pozmaqda suçlayırlar. Misirə, Liviyaya, Yaxın Şərqə inqilab ixrac edənlər yüz minlərlə insanı demokratiyaya görə qətlə yetirdilər. İndi Gürcüstan həbsxanasında can çəkişən Mixail Saakaşvilini ölüm ayağında tərk edənlər onu diktaturaya qarşı simvol adlandıranlar, Paşinyandan ikinci Saakaşvili düzəldirlər. Silahlı və ya məxməri çevrilişlərlə hakimiyyətə gələnləri demokratiya zirvələrinə çağıranlar, dünyanı siyasi qütblərə ayıranlar, bir də onda ayıldılar ki, Rusiya da onlar kimi Ukraynada özünə təhlükə törətməyən hakimiyyət qurur”.

 

Deputat ölkəmizdə seçkilər, insan haqları və demokratik azadlıqlar sahəsində görüləsi işlərin olduğunu vurğulayaraq sözünə belə davam edib:

 

“2020-ci ildə isə ordumuz Şuşanı fəth edərkən xarici indekslərin heç bir əhəmiyyəti qalmadı. Bizə işğal və qeyri-sabitlik doğuran demokratiya əvəzinə, azadlıq və torpaq bütövlüyü gətirən təhlükəsizlik gərəklidir".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

DTX məlumat yaydı - "Bu görüntüləriniz oğurlanırmış..."

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kibertəhdidlərə qarşı mübarizə istiqamətində kompleks tədbirlər davam etdirilir.   Sfera.az xəbər veri...

Milli Məclisin növbədənkənar iclasının vaxtı açıqlandı

Milli Məclisin növbədənkənar sessisiyası üzrə növbəti iclasının vaxtı açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat...

MİQ-də qiymətləndirmə bu meyarlarla aparılır

“Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər”. ...

"Namizədlər arasında gənclər çoxdur"- MÜTDA rəsmisi

“Üç gündür davam edən imtahan prosesi sabah və növbəti gün də keçiriləcək. 70 minə yaxın müraciətin daxil olması müəllimlik peşəsinə marağın artmasından x...

Bakının bəzi ərazilərində su kəsiləcək - Magistral Kəmər Yenilənir

Bakıda magistral su kəməri yenilənir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin ...

“1001 Sevinc”də 1 manata 5 "iPhone 16 Pro Max" uduldu

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”  oyunçularını sevindirməyə davam edir.  Bu dəfə ...