Sərhəddəki təxribatın PƏRDƏARXASI: "Sular durulana yaxın Rusiya ..." - AÇIQLAMA

Sərhəddəki təxribatın PƏRDƏARXASI:

Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla növbəti dəfə qəsdən təxribat törədib. Nəticədə ərazidə Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında gərginlik yaranıb, bir hərbi qulluqçumuz şəhid olub. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, əslində bu sabotaj gözlənilən idi:

 

“Rusiya xüsusilə ABŞ-nin vasitəçiliyi ilə sülh danışıqlarının keçirilməsində maraqlı deyil. Moskva sərhəddə vəziyyətin gərginləşməsində maraqlıdır. Çünki bu kimi hallar danışıqların perspektivini azaldır. Biz oxşar ssenarini əvvəllər də görmüşük: “Sular durulana” yaxın təxribat törədilib. Beləliklə, danışıqlarla bağlı proses yenidən əvvələ qayıdıb. Maraqlıdır ki, təxribatlar Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfərindən və Prezident Vladimir Putinlə görüşündən sonra baş verib. Bu, gərginliyin Moskvadan idarə olunmasına dair şübhələri artırır”.

 

Müsahibimiz bildirib ki, hazırda sülh Azərbaycandan daha çox Ermənistana lazımdır:

 

“Çünki sərhədlər hələ müəyyənləşməyib. Bu isə o deməkdir ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təxribatlarına cavab olaraq sərhədləri özü məyyənləşdirə bilər. Odur ki, rəsmi İrəvan ehtiyatlı olmalı, məntiqli davranmalıdır. Ermənistan başqalarının maşası olmaqla sülh gündəliyindən uzaqlaşır. Bu isə ən çox onun özünə ziyandır”.

 

Günay Rəsulqızı


 


OXŞAR XƏBƏRLƏR

"ABŞ görüş təklifi etməyib" - Bəqayi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi ABŞ Prezidenti Donald Trampın Tehranın amerikalı müzakirəçilərlə görüş tələb etməsi barədə iddialarını təkz...

DTX məlumat yaydı - "Bu görüntüləriniz oğurlanırmış..."

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kibertəhdidlərə qarşı mübarizə istiqamətində kompleks tədbirlər davam etdirilir.   Sfera.az xəbər veri...

Milli Məclisin növbədənkənar iclasının vaxtı açıqlandı

Milli Məclisin növbədənkənar sessisiyası üzrə növbəti iclasının vaxtı açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat...

MİQ-də qiymətləndirmə bu meyarlarla aparılır

“Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər”. ...

"Namizədlər arasında gənclər çoxdur"- MÜTDA rəsmisi

“Üç gündür davam edən imtahan prosesi sabah və növbəti gün də keçiriləcək. 70 minə yaxın müraciətin daxil olması müəllimlik peşəsinə marağın artmasından x...

Bakının bəzi ərazilərində su kəsiləcək - Magistral Kəmər Yenilənir

Bakıda magistral su kəməri yenilənir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin ...